“Kanal rəhbəri aktrisaya dedi ki, 500 manat versəm…” – Məşhur aktyordan ŞOK AÇIQLAMA

16-03-2023, 00:01           
“Kanal rəhbəri aktrisaya dedi ki, 500 manat versəm…” –
“Telekanal rəhbəri var idi, seiral çəkirdi. 10 ilin söhbətidir. Gözəl aktrisamız var idi, indi də sağdır. Onların adlarını çəkmirəm. Bir məkan yaratmışdıq, serialı çəkirdik. O vaxt qonorarlar çox az idi. İçi mən qarışıq bütün heyətə günə 50 manat qonorar verirdilər”.

Tribunainfo.az xəbər verir ki, bu sözləri “Səhərin səsi” verilişində aktyor-aparıcı Azər Aydəmir deyib.

Onun sözlərinə görə, adını çəkmək istəmədiyi aktrisa kanal rəhbərinə qonorara görə etiraz edib:

“Həmin aktrisa kanal rəhbərinə dedi ki, bizi adam yerinə qoymursuz, 50 manata seriala çəkilərlər? Heç olmasa qonorarı artırın, yaxşı iş görək. Bu kanal rəhbəri utanmadan-qızarmadan hər kəsin içində aktrisaya dedi ki, mən sizə 500 manat da versəm, belə oynayacaqsız, 50 manat da. Qonorarla yaradıcılığın heç bir əlaqəsi yoxdur.

Qonorar texniki hissəyə aiddir. Mən bədii təxəyyülümü ortaya qoymuşam, rejissor da həmçinin. Mənə operator lazımdır. Məsələn, Əhməd 3 min istəyir, Məmməd 500. Burada pul lazımdır ki, o filmi Əhməd çəksin, çünki Hollivud görüntüsü yarada bilər. Məmməd isə maksimum Türkiyə görüntüsü verəcək.

Yaradıcılıq, içdən gələn işlərdə qonorar vacib deyil. Əlbəttə insanın beyin məhsuluna pul vermək lazımdır. Bu da imic məsələsidir, mən bu işi 5 manata görürəm, ya 105 manata. Əgər özünü 105 manata sata bilmirsənsə, bu, sənin problemindir”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.