İqbal Ağazadədən nazirliyə sərt sözlər: - “Özlərinin də başı çıxmır...”
17-03-2023, 12:45
Martın 5-də və 12-də keçirilən buraxılış imtahanlarından sonra başlayan müzakirələrə Ümid Partiyasının sədri İqbal Ağazadə də qoşulub. Siyasətçi təhsil sektorunda xaos hökm sürdüyünü, köhnə və yeni sistemin bir-birinə qarışdığını deyib.
Reaksiya Tv-nin qonağı olan partiya sədri buraxılış imtahanlarından sonra dərs prosesinin davam etdirilməsinin absurd olduğunu vurğulayıb.
“Mart ayının 5-də 11-ci sinif şagirləri buraxılış imtahanı verib. Ay hörmətli Elm və Təhsil Nazirliyi, ay hörmətli hökümət üzvləri, ay hörmətli Azərbaycan iqtidarı, mart ayının 5-də 11-ci sinif şagirdləri buraxılış imtahanı veriblərsə, iyun ayının 15-ə qədər nəyi oxuyurlar? Adam buraxılış imtahanını verib qutarıb, nəyi oxumalıdır? O, məktəbə niyə gedir? Absurd işlərlə məşğulsunuz. Ya adam iyunun 15-də proqramı qutarıb imtahan verməlidir, ya da məktəbə niyə getməlidir. Bu nə oynuyurlar? Bu nə deməkdir? Bu nə təhsil siyasətidir? Buraxılış imtahanını verəndən sonra kim oxuyar? Nəyi oxusun? Hədəf qutarıb axı. Hədəf buraxılış imtahanı idi, sonra ali məktəbə hazırlaşmaq. Hamı konkret fənlərə hazırlaşacaq, təhsil də qalacaq başlı-başına. Bu nə yanaşmadır?”
İqbal Ağazadə deyib ki, yeni və köhnə sisteminin bir-birinə qarışması bu sahədə qeyri-müəyyənliyə səbəb olub: "Bu nə sistemidirsə, heç nazirlikdəkilərin özlərinin də başı çıxmır". //Yenisabah.az//