“Abır-həya hissini itiriblər...” - Səfirdən etiraz

21-03-2023, 10:38           
“Abır-həya hissini itiriblər...” - Səfirdən etiraz
"World Happiness Report -2022"-nin elan etdiyi "xoşbəxtlik indeksində" Azərbaycan 92-ci yerdədir.

Yenisabah.az xəbər verir ki, Azərbaycanın Bosniya və Herseqovinadakı səfiri Vilayət Quliyev bu barədə sosial şəbəkə hesabında bildirib.

Səfir Ermənistanın dünyanın "xoşbəxt ölkələri" arasında 79-cu yerdə qeyd edildiyini deyib.

"Gürcüstan 104-cü, Ermənistan 79-cudur. Gürcüləri başa düşmək olar. Ciddi, məsuliyyətli xalqdır. Daim "genosid təhlükəsi" altında, "blokada şəraitində", “aclıq və ehtiyac içində”, məğlub durumda yaşayan, eyni zamanda bir neçə ağanın nökəri olmağa çalışan hayların özlərini Qafqazın ən xoşbəxt sakinləri saymaları isə həqiqətən də nonsensdir. Həmişə bu gündə! Amma bir məsələ var ki, ya tamam abır-həya hissini itiriblər, ya da "xoşbəxtlik yarışmasını" əyri yolla qazanıblar", - deyə diplomat vurğulayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru