Blinken: “Azərbaycan və Ermənistan arasında sülh razılaşması üçün fürsət yaranıb”

23-03-2023, 08:55           
Blinken: “Azərbaycan və Ermənistan arasında sülh razılaşması üçün fürsət yaranıb”
ABŞ dövlət katibi Entoni Blinken hesab edir ki, Azərbaycan və Ermənistan tezliklə sülh sazişi üzrə razılıq əldə edə bilər.

O, çərşənbə günü Konqres Senatının xarici əlaqələr komitəsindəki dinləmələrdə çıxış edərək bunu təsdiqləyib.

“Hesab edirəm ki, əlverişli şərait var, hərçənd onu şişirtmək istəmirəm, lakin sülh sazişinin hazırlanmasını faktiki olaraq başa çatdırmağa imkan verən fürsət var”, - deyə ABŞ xarici siyasət departamentinin rəhbəri Vaşinqtonun Bakı ilə İrəvan arasında normallaşmanı təşviq etmək cəhdlərini şərh edərkən bildirib.
Mənbə: TASS












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru