“Deputata qarşı bu cür hadisənin baş verməsi dövlət təhlükəsizliyi məsələsidir” - MM-in sədr müavini

29-03-2023, 08:27           
“Deputata qarşı bu cür hadisənin baş verməsi dövlət təhlükəsizliyi məsələsidir” -
“Həkimlərin dediyinə görə, vəziyyəti qənaətbəxşdir və hər hansı həyati təhlükəsi yoxdur. Özünü yaxşı hiss edir”.

“Report” xəbər verir ki, bu sözləri Milli Məclisin (MM) sədr müavini Adil Əliyev Fazil Mustafaya qarşı silahlı hücuma münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, dövlətin aidiyyəti qurumları faktla bağlı araşdırmalara başlayıblar:

“Hesab edirəm ki, bu ağır terror hadisəsidir. Deputata qarşı bu cür hadisənin baş verməsi dövlət təhlükəsizliyi məsələsidir. Tam arxayın ola bilərsiniz ki, bu hadisə ilə bağlı dövlət tərəfindən ciddi tədbirlər həyata keçiriləcək”.

O qeyd edib ki, daxili nizamnaməyə əsasən millət vəkilləri mühafizəçilərlə təmin olunmurlar:

“Millət vəkilləri əgər istəyirlərsə, silahla təmin oluna bilərlər. Hesab edirəm ki, Azərbaycanda ciddi olaylar olmadığı üçün deputatlar silahdan istifadə üçün müraciət etməyiblər. Ölkəmizdə sabitlik tam bərqərar olunub və bu sabitliyi pozmaq istəyən qüvvələr bilməlidirlər ki, hadisələrin qarşısı qətiyyətlə alınır.

Hadisə yeni baş verib, istintaq qrupu yaradılıb, hadisə araşdırılır. Cinayətkarlar yaxalanmadan hər hansı bir iddia irəli sürmək yalnış fikir olardı. Yaxın zamanlarda aidiyyati qurumlar tərəfindən ictimaiyyətə açıqlanacaq. Əvvəlcədən kimin və ya hansı qüvvələrin törətdiyini demək yanlışdır”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.