Avropa Parlamentinin keçmiş deputatı: “Makron amerikalılar üçün itaətkar pudeldir”

1-04-2023, 09:36           
Avropa Parlamentinin keçmiş deputatı:
Keçmiş Avropa Parlamentinin deputatı və “Patriotlar” hərəkatının lideri Florian Filippo Vaşinqtonun etirazlarla bağlı açıqlamaları ilə Fransa prezidenti Emmanuel Makronu alçaltdığını bildirib.

“Report” xəbər verir ki, Filippo bu barədə öz tvitter səhifəsində yazıb.

Belə ki, Filippo Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbinin ABŞ-ın Fransa da daxil olmaqla, hər yerdə dinc nümayişlər hüququnu dəstəklədiyi barədə sözlərini şərh edib.

“Makron amerikalılar üçün itaətkar pudel rolunu oynamağa davam edə bilər. Sadəcə, ölkəmizdə nümayişçilərə qarşı zorakılığı tənqid edərək onu rəsmi və açıq şəkildə alçaltdılar! Pudel təriflənmir, danlanılır!”-deyə, o bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru