Krımın itirilməsini ruslara necə izah edəcəklər? – “Putin səhv edib və Çinə müalicəyə gedib...”

3-04-2023, 10:24           
Krımın itirilməsini ruslara necə izah edəcəklər? –
Politoloq və publisist Andrey Piontkovski hesab edir ki, Rusiyanın təbliğatı çətin ki, Ukraynanın Krımı işğaldan qurtarmasını Rusiyanın qələbəsi kimi təqdim etsinlər. Rusiyalılar bu «itkini» qəbul edəcəklər, amma bunu Rusiya Federasiyasının əhalisinə artıq Putinsiz izah edəcəklər.

«Kanal 24»-ün efirindən Piontkovski xatırladıb ki, Xarkov və Xerson vilayətlərində USQ-nin əks-hücumu uzanan zaman rusiyalı təbliğatçılar bir neçə gün dedilər ki, «hər şey çox pisdir». Sonra RF təbliğatı bu mövzuya toxunmadı və belə təsəvvür yarandı ki, Rusiyada bunu qəbul etdilər. Politoloq deyir ki, Rusiya əhalisi müvəqqəti işğal olunmuş Krımın azad olunması faktını da qəbul edəcək.

«Qəbul edəcəklər, amma onlara bunun nə üçün baş verdiyini artıq başqa adamlar izah edəcəklər. Rusiyalılar «Sonalar gölü» musiqisi altında xəbər eşidəcəklər ki, Ukrayna məsələsində Putin bir sıra ciddi səhvlər buraxıb. Və səhhətinin kəskin pisləşməsi səbəblə, o, Rusiya prezidenti postunu tərk edib və Çinə uzunmüddətli müalicəyə yola düşüb» - o, proqnoz edib.

Piontkovskinin fikrincə, Putini əvəz edəcək bu və ya digər adamlar artıq çoxdan Ukrayna yarımadasının işğaldan qurtarmasının necə izah olunması tezislərini hazırlayıblar.

«Onlar deyəcəklər ki, Ukrayna ilə yox, bütün NATO maşını ilə - milyard əhali və böyük iqtisadiyyatla döyüşdülər, amma biz öz Vətənimizi xilas etdik, biz 1991-ci il sərhədlərinə geri çəkildik və ölkəmizin müqəddəs hüdudları müdafiə olundu» - politoloq izah edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.