Azərbaycana qarşı təxribat: “72 saat vaxt verib qovulmalıdır” – Müsahibə
4-04-2023, 21:36
Azərbaycana qarşı təxribat: “72 saat vaxt verib qovulmalıdır” – Müsahibə
Politoloq Natiq Miri Teleqraf.com-un suallarını cavablandırıb.
TEREF.AZ onunla müsahibəni təqdim edir.
- Ayətulla rejimi bu dəfə Azərbaycan mediasını hədəfə alıb. Rejimin Xarici İşlər Nazirliyi mediamızdan “üzr və təzminat” tələb edir. Ayətulla rejimi niyə mediamızdan çəkinir?
- Bütün dünyada olduğu kimi Azərbaycanda da media ictimai fikri formalaşdıran mühüm instansiyadır. İndiki durumda İrandakı mövcud reallığı öz güzgüsündə obyektiv işıqlandıran Azərbaycan mediası, əlbəttə, molla rejimini narahat edəcək. Çünki molla rejiminin “İslam bayrağı” altında gizlənərək, həyata keçirdiyi siyasət İslam düşmənçiliyi siyasətidir.
İslam barış deməkdir. Barış ilk növbədə insanın özü ilə barışdır, sonra çevrəsindəki bütün insanlıqla, təbiətlə və kainatla barışdır. Siz İran daxilində belə bir barış görürsünüzmü?
Bu gün İran toplumunda nəinki barış yoxdur, əksinə, molla rejimi öz xalqını rahatlıqla küçələrdə, həbsxanalarda qətlə yetirir, talan edir. Bu qətlin yaşı çox cavandır. Bu gün azyaşlı şagirdləri, yeniyetmələri ya küçələrdə öldürürlər, ya da həbs edib olmazın işgəncələr verdikdən sonra buraxırlar. Ləyaqətləri tapdalanan bu insanların əksəriyyəti intihar edir. Molla rejiminin mahiyyəti budur. Əlbəttə, Azərbaycan mediası bunu obyektiv işıqlandıranda İran öz simasını Azərbaycan güzgüsündə əyri görür. Düşünürəm ki, məsələ bundadır.
Azərbaycan mediası molla rejiminin nə qədər riyakar, yalançı və ləyaqətsiz olduğunu ortaya qoyduqca, əlbəttə, Azərbaycanın güzgüsündə özlərini yaxşı görmürlər. Ona görə də güzgünü qırmaq lazım deyil. Bu insanlar öz əsl simalarını görməlidir. Çünki güzgünün heç bir günahı yoxdur. Güzgü yalnız gördüyünü göstərir. İran isə özünü düzəltməkdənsə, güzgünü qırmağa çalışır.
- Tehrandakı səfirliyimizdən sonra Təbrizdəki konsulluğumuz da molla rejiminin hədəfindədir. Ötən günlərdə rejimin tərəfdarları “Bağlansın” şüarı ilə Azərbaycan konsulluğu önündə aksiya keçirdilər. Sizcə, bu kontekstdə Tehrandakı səfirliyimizdən sonra konsulluğumuza qarşı da terror hücumu ehtimalı varmı?
- Səfirliyin bağlanmasından sonra Təbrizdəki konsulluğumuz üçün problemlərin yaranacağını əvvəldən demişdik. Əlbəttə, İran daxilində molla rejiminə qarşı etirazların böyüdüyü bir vaxtda Azərbaycan dövlətinin diplomatik səviyyədə Təbrizdə - güneyli soydaşlarımızın ürəyində mövcudluğu ayətullaların yuxusunu qaçırır. Ona görə, bu konsulluğun bağlanmasına da çalışırlar.
Belə olan halda Azərbaycan adekvat addımlar atmalıdır. Hesab edirəm ki, bu kontekstdə İranın Azərbaycanda fəaliyyət göstərən diplomatik missiyası tamamilə aşağı endirilməli və səfir “arzuolunmaz şəxs” elan edilərək 72 saat ərzində ölkəmizdən çıxarılmalıdır. Təkcə səfir yox, onun ətrafındakı birinci katib və digərləri də. İranın diplomatik nümayəndəliyində fəaliyyət göstərən diplomatların əksəriyyəti Azərbaycandan çıxarılmalıdır.
Düşünürəm ki, bu da yetərli deyil. Əgər İran Azərbaycan dövlətinə qarşı terror törədirsə, bu, Tehrandan ölkəmizə sıçrayırsa və Tehran bunu nümayişkaranə şəkildə edirsə, onunla əməkdaşlıq dayandırılmalıdır. Söhbət ticarət əlaqələrindən gedir. Belə bir terror dövləti ilə ticarət əlaqəsinin saxlanılmasına nə ehtiyac var?! Burada əsas zərbə Azərbaycandan çox İrana dəyəcək. Düşünürəm ki, sərhədlər bağlanmalı və bütün gediş-gəlişlər dayandırılmalıdır. Çünki hər bir Azərbaycan vətəndaşı İrana gedərkən, özünü təhlükəsiz hiss edə bilmir, edə bilməz.
Son hadisələr də göstərir ki, İranda təhlükəsizlik məsələsi sıfıra bərabərdir. Belə olan halda Azərbaycan İranla bütün əlaqələri kəsməlidir.
- Ayətulla rejiminin Azərbaycanla sərhəd istiqamətində texnika yerləşdirməsi xəbərləri gəlir. SEPAH-a bağlı sosial media hesablarından isə az qala hər gün ölkəmizin ünvanına hədyanlar, hədələr səsləndirilir. Sizcə, günbəgün molla rejimi tərəfindən gərginləşdirilən münasibətlər hansı riskləri daşıyır? Məsələn, açıq toqquşma ehtimalı nə qədərdir?
- Belə bir təhlükə var. Əgər silahlar sərhəddə yerləşdirilirsə, hansısa təxribat zamanı bunların işə düşməsi ehtimalı böyükdür. Yəni bu ehtimal var. Amma molla rejimi bilməmiş deyil ki, belə bir addımı onun tamamilə yox olması ilə nəticələnə bilər. Çünki bu gün İranı cidd-cəhdlə müharibəyə cəlb etmək istəyən qlobal güclər var, biz bunu görürük. Ayrıca, İran düşünürsə ki, Azərbaycan təkdir, çox böyük səhv edir.
İran indiki vəziyyəti bir imkan kimi görür və bunu fürsətə çevirməklə, Azərbaycana təzyiq etməyə çalışır. Bu kontekstdə regionda öz geosiyasi maraqlarını təmin etmək istəyir.
Bilidiyiniz kimi, qardaş Türkiyə şiddətli zəlzələlərdən sonra böyük zərərlə üzləşib. Ayrıca, Ərdoğan hökuməti prezident və parlament seçkilərindən öncə ciddi siyasi mübarizə ilə məşğuldur. İran düşünürsə ki, Azərbaycan bu durumda tək qalacaq, çox yanılır. Qardaş Türkiyənin ordusu yerindədir. İndi bunun üçün Türkiyənin Azərbaycanda hərbi bazasının yaradılmasına da ehtiyac yoxdur. Təkcə Şuşa Bəyannaməsi imkan verir ki, istənilən an türk F-16-ları Gəncə, Naxçıvan və digər şərhərlərimizdə yerləşdirilsin.
Azərbaycana istənilən xarici hərbi müdaxilə durumunda müttəfiq və qardaş Türkiyə ilə yanaşı, digər dostlarımızla buna qarşı birgə cavab veriləcək. Bu, İrana da aiddir. Bir də İran daxilindəki 35-40 milyonluq soydaşımızın buna reaksiyasını və etirazını düşünün. Yəni bu addım elə bir zəncirvari reaksiyaya səbəb ola bilər ki, molla rejimi bunun altında qala bilər.
Hesab edirəm ki, Güney Azərbaycanla bağlı qurumların fəaliyyətləri ən yüksək səviyyədə dəstəklənməlidir. Bununla əlaqəli xüsusi qurum yaradılmalı və dövriyyəyə buraxılmalıdır. Bu xüsusda gecikmişik, amma indi də gec deyil. İrandakı rejim dəyişikliyinə hər an hazırlıqlı olmalıyıq.