Deputata silahlı hücumla bağlı saxlanılan şəxsin ailəsi danışdı - Video

5-04-2023, 00:12           
Deputata silahlı hücumla bağlı saxlanılan şəxsin ailəsi danışdı - Video
Deputat Fazil Mustafaya qarşı silahlı hücumda ittiham edilənlərdən biri də İlkin Süleymanovdur. Dövlət Təhlükəsizlik Xidməti saxlanılan şəxslərin adlarını açıqlamasa da, mediada onlar İranın Azərbaycandakı şəbəkəsinin üzvləri kimi təqdim olunur.
Yeniavaz.com “Meydan TV”yə istinadla xəbər verir ki, məsələ ilə bağlı saxlanılan şəxsin ailəsi danışıb.
"Bir araşdırsınlar, görsünlər ki, ümumiyyətlə bu siyasət bilən adamdırmı? Deputat tanıyan adamdırmı? Özümüz də bilmirik ki, evə gedək, küçədə qalaq? Nə edək? Körpə uşaqlarına nə deyək? Bizə bir sübut olunmadan, araşdırılmadan... Gəlin, evimizdə axtarış aparın. Araşdırın, görək, biz nə yuvanın quşuyuq. Artıq saytlarda, efirdə verirsiniz ki, bu, cinayətkardır. Məhkəməyə çıxsın, sübut olunsun, sonra yayın da. Bu ittihamı bizim üstümüzdən kim götürəcək?" – deyə İlkin Süleymanovun əmisi Elnur Süleymanov bildirib.
Ətraflı videosüjetdə:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru