Dindarların “kütləvi həbsi” təbliğatı başlayıb - Deputat

12-04-2023, 12:06           
Dindarların “kütləvi həbsi” təbliğatı başlayıb - Deputat
Son günlər Azərbaycanın hüquq-mühafizə orqanları İranla əlaqədə şübhəli bilinən şəxslərin həbsi istiqamətində bir sıra tədbirlər həyata keçirir. Bu proseslərdə dövlətin və dövlətçiliyin yanında ola bilməyən həm daxildə, həm də xaricdə fəaliyyət göstərən destruktiv qruplar Azərbaycanda guya dindarların kütləvi həbsinin həyata keçirildiyi haqda geniş təbliğata başlayıblar.

Axar.az xəbər verir ki, bunu millət vəkili Ceyhun Məmmədov qeyd edib.

Millət vəkili vurğulayıb ki, hətta bir sıra hallarda ciddi şişirdilmiş rəqəmlər də səsləndirilir:

“Əlbəttə, burada əsas məqsəd dindar kontingentin rəğbətini qazanmaq və özlərini onların müdafiəçisi kimi təqdim etməkdir. Eyni zamanda bu, onu göstərir ki, bütün sözügedən qruplar eyni mənbədən qidalanır və təlimatı eyni yerlərdən alır.

Çox böyük ehtimal ölkəmizlə bağlı beynəlxalq təşkilatların hazırladıqları növbəti hesabatlarda da bu məsələ ilə bağlı tənqidi fikirlər yer alacaq. Əsas məqsəd isə Azərbaycana təzyiqi artırmaq olacaq.

Heç şübhəsiz ki, bu addımlar Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən sırf təhlükəsizlik məqsədilə atılır. Dünyanın müxtəlif bölgələrində də ayrı-ayrı ölkələr zaman-zaman belə tədbirləri təhlükəsizlik məqsədilə həyata keçirirlər.

Həbs olunan şəxslərin sayı, həbs olunma səbəbi və cinayətləri barədə növbəti mərhələdə ictimaiyyətə geniş və ətraflı məlumatın veriləcəyinə heç kimin şübhəsi olmasın”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru