“Çarəsizəm, deməyə söz də tapmıram” - Xalq artisti

12-04-2023, 13:28           
“Çarəsizəm, deməyə söz də tapmıram” - Xalq artisti
Sərhəddə davam edən gərginlik, düşmən təxribatı nəticəsində şəhid olan hərbi qulluqçularımızla bağlı xəbərlər hər kəs tərəfindən dərin kədər və təəssüf hissi ilə qarşılanır.

Hələ 1990-cı illərdə düşmənin törətdiyi mənfur əməllərin canlı şahidi olan Xalq artisti Firəngiz Mütəllimova da xəbərləri eşitdikdən sonra məyus olduğunu bildirib.

Teref.Az xəbər verir ki, bu barədə sənətçi olay-la həmsöhbət olarkən danışıb. F. Mütəllimova söyləyib ki, əsgərlərimizə görə narahatdır və onlar üçün dua edir:

"Demək olar, son 4-5 ildə dünyanın bütün xəbərlərini oxuyuram. Sərhəddə baş verən hadisələri izləyirəm. Hər yarım saatdan bir saytlara, xəbərlərə baxıram. Xarici KİV-i, Türkiyədən, Rusiyadan olan saytları, kanalları izləyirəm. Görüm, kim nə deyir, necə yanaşır, qərəzlidir, ya qərəzsiz. Bu gün də xəbəri oxudum ki, şəhidimiz var, əlim-ayağım əsdi. Nə deyə bilərəm? Əlimi göyə qaldırıb dua edirdim, siz yazdız. Deyirəm, ay Allah, özün bu ermənilərin, onların havadarlarının, nəslini, kökünü, izini-tozunu işğaldan azad olunmuş Qarabağ torpaqlarından birdəfəlik kəs, rədd olub getsinlər.

Sözüm budur. Onlar gedən deyil. Siz yaxşı tanımırsız, mən onlarla yaşamışam. Dünyada ən gözəl millət bizik. Biz tam fərqliyik. Bunlar nədir, nə millətidir, necə şərəfsizdirlər... Şərəfsiz də deyə bilmirsən. Ən azından o sözü dediyin adam nəsə anlayır. Ancaq dua edirəm ki, Allah əsgərlərimizi qorusun, onlara cansağlığı versin. Bütün analar kimi dua edirəm, həyəcanla gözləyirəm. Onları Allaha həvalə edirəm, yenə də aprel ayı gəldi. Ötən il, bu il... Elə bil aprel ayı gələndə bunlara nə olur. Daşıyırdılar, silah gətirirdilər, nə edirdilər. Allah eko-aktivistlərin canını sağ etsin. Onlar orada durdular, heç olmasa bir az təxribatlar azalmışdı. Tanrı Azərbaycanımızı, millətimizi onların qəfil təxribatından, terrorundan, alçaq, mundar niyyətindən qorusun. Söz də tapmıram, yediyimiz-içdiyimiz burnumuzdan gəlir. Onlar bizə qarşı təxribat törədir, yenə başlayıblar, dünya da görür. Amma kaş düz görərdi. Hər kəsə səbr arzulayıram. Başqa çarəmiz yoxdur, onları ya silib, yox etmək lazımdır. Ya da bilmirəm. Çarəsizəm, deməyə söz də tapmıram. Allah hamımıza kömək olsun, dövlətimizi, əsgərlərimizi, xalqımızı qorusun".

Milli.Az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.