“Paşinyan türklərin itidir, tezliklə Sünik əldən gedəcək”

14-04-2023, 07:46           
“Paşinyan türklərin itidir, tezliklə Sünik əldən gedəcək”
“Türkü gətirib Teğ kəndində yerləşdiriblər. Heç bir maneə ilə üzləşmədilər. Azərbaycan və Ermənistan arasında sərhəd belə müəyyən edilməyib. Bu prosesə tezliklə başlamaq lazımdır”. TEREF.AZ JAMAZ.İNFO-ya istinadla xəbər verir ki, bu sözləri erməni ekspert Davit Camalyan deyib.

O, Ermənistanın baş naziri Nikol Paşinyan haqqında da xoş danışmayıb. Camalyan deyib ki, normal ölkələrdə ölkəyə normal, ləyaqətli hökumət rəhbərlik etməyəndə indiki vəziyyət yaranır. “Amma ölkəmizə “türklərin iti”nin nümayəndəsi rəhbərlik etdiyi üçün elə türklərin mənafeyinə xidmət edir. Demək olar ki, onlar Azərbaycanın bütün ekspansionist ambisiyalarını qəbul ediblər. Bu, xəyanət deyilsə, bəs, nədir?”

Erməni ekspert iddia edib ki, Nikol Paşinyan Ermənistan ərazisindən 800 kv.km ərazini Azərbaycana verməyə razı olub. “Bu yaxınlarda Əliyev elan etdi ki, erməni tərəfi artıq bizə 29 min kvadratmetr ərazidə dinc yaşamağa icazə verilməsini xahiş edir. Sovet Ermənistanının ərazisi 29,8 kv.km olub. Yəni, bu o deməkdir ki, Ermənistan ərazisindən 800 kv.km-i Azərbaycana veriləcək”.

Camalyan onu da iddia edib ki, Dığ kəndi yaxınlığında baş vermiş toqquşma proseslərin müqəddiməsidir. “Tezliklə biz Sünik və Vayots Dzorun işğalına şahid olacağıq. Son günlər Rusiya tərəfi səfirlər səviyyəsində, KTMT Katibliyinin rəhbəri Mariya Zaxarovanın ağzından intensiv şəkildə yardım əlini uzatmağa hazır olduqları barədə mesajlar verir. Hətta Putin həmkarı vasitəsilə KTMT missiyasını qəbul etməyə çağırır. Niyə indi bu mövzu bu qədər intensiv müzakirə olunur? Məncə, yəqin ki, Rusiya tərəfi yaxşı bilirdi ki, Azərbaycan tərəfi növbəti prosesə hazırlaşır və bunun ardınca daha böyük hərbi əməliyyatlar olacaq”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.