Reznikov: Müharibə bitəndə istefa verəcəyəm - Həyatımın ən pis günü idi...
17-04-2023, 00:04
Ukraynanın müdafiə naziri Oleksiy Reznikov ötən ilin martında danışıqlar üçün Belarusa gedən Ukrayna nümayəndə heyətinin tərkibində keçirdiyi günü həyatının ən pis günü adlandırıb. Modern.az xəbər verir ki, Reznikov İspaniyanın “La Razon” nəşrinə müsahibəsində deyib.
"Prezident məndən soruşanda ona "hə" demək çox çətin idi, çünki mənim Rusiyaya qarşı dərin nifrətim var idi. Və bir danışıqlar aparan şəxs kimi bilirəm ki, bu, işləməyən bir emosiyadır. 4 görüş oldu, üçü Belarusda, biri Türkiyədə. Sizə deyim ki, ilk üçündə biz özümüzü heç təhlükəsiz hiss etmədik və hətta evə dönəcəyimizə də şübhə etdik”, - nazir bildirib.
Onun sözlərinə görə, prezident Volodimir Zelenskinin istəyi ilə müdafiə naziri olub və müharibə başa çatdıqdan sonra istefa vermək niyyətindədir.
"Qələbədən dərhal sonra təqaüdə çıxmaq və həyat yoldaşımla şəxsi evimdə yaşamağa davam etmək istəyirəm", - Reznikov əlavə edib.