Sergey İvanov: “Pentaqondan sızmaların Rusiya üçün praktiki faydası yoxdur”
18-04-2023, 10:58
KİV-də yayılan Pentaqonun materiallarında həqiqətən də gizli və Rusiya üçün maraqlı heç nə yoxdur.
Bunu Rusiya Təhlükəsizlik Şurasının daimi üzvü, Rusiya prezidentinin ətraf mühitin mühafizəsi, ekologiya və nəqliyyat üzrə xüsusi nümayəndəsi Sergey İvanov bildirib.
“Sızma mediadan baş verib ki, bu da məndə müəyyən şübhə doğurur. Son vaxtlara qədər məndə ümumiyyətlə bunların hamısının saxta olduğuna dair güclü şübhələr var. Birincisi, sızma üsulu, ikincisi, ən əsası, bütün materiallarda mən gizli heç nə görmədim. Bütün bu sızmalarda Rusiya üçün böyük maraq və praktiki fayda verən heç nə yoxdur”, - İvanov bazar ertəsi “Rossiya-24” telekanalında qeyd edib.