Navasardyan: “Bu, biabırçı hadısədir, Ermənistan özünü gözdən saldı”
19-04-2023, 11:34
İrəvanda fəaliyyət göstərən Press Klubun prezidenti Boris Navasardyan “Echo Baku” internet
kanalına müsahibəsində Ermənistan paytaxtında keçirilən ağır atletika üzrə Avropa
çempionatının açılış mərasimi zamanı Azərbaycan bayrağı ilə bağlı insidentə münasibətini
bildirib. Kanalın aparıcısı müxtəlif yarışlarda Azərbaycan və Ermənistan idmançıları arasında bir
neçə qalmaqalı sadalayıb və “Sonuncu hadisə həmin hadisələrin məntiqinə uyğun gəlirmi?”
sualını verib. Navasardyan cavabında 2008-ci il Avropa çempionatının seçmə turniri zamanı
yaranmış vəziyyəti xatırladıb. O zaman “kor püşkatma” nəticəsində Azərbaycan və Ermənistan
futbol komandaları eyni qrupa düşmüşdülər.
– Komandalar harada oynayacaqları ilə bağlı heç cür razılığa gələ bilmirdilər. Ermənistanın
idman təşkilatları Azərbaycan yığmasını İrəvanda qəbul etməyə hazır olduqlarında israr
edirdilər. Azərbaycan komandası isə imtina edərək, neytral meydanda oynamağı təklif edirdi.
Razılaşma olmadığından hər iki qarşılaşmaya görə komandalara məğlubiyyət hesablandı. Yəni
hər şeyi itirdilər.
Sonuncu epizoda – İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatında Azərbaycan
bayrağının yandırılmasına qayıdan Navasardyan deyib:
– Bu epizod birmənalı olaraq Ermənistanın xeyrinə deyil. Hesab edirəm ki, bu, prinsipcə,
biabırçı hadisədir və Ermənistan beynəlxalq yarışlara ev sahibliyi edə bilməyən ölkə kimi
Amma mən niyə bu əməli törədən “cavan oğlan” yox, “Ermənistan”
deyirəm? Ermənistanda da, Azərbaycanda da hər an hər şey edə biləcək “ağılsız başlar” var və
onlardan nəsə gözləmək olar. Ona görə də, əgər siz beynəlxalq yarışların keçirilməsi, o
cümlədən iştirakçıları dəvət etmək və ya müharibədə olduğunuz ölkəni təmsil edən idmançılar
üçün təhlükəsizlik zəmanəti vermək məsuliyyətini üzərinizə götürürsünüzsə, o zaman heç bir
insidentin baş verməməsi üçün həqiqətən də bütün tədbirləri görməlisiniz. Açılış mərasiminin
təşkilində bu və ya digər formada iştirak edən Ermənistan hökuməti, onun hüquq-mühafizə
orqanları və digər qurumlar isə bu tapşırığın öhdəsindən gələ bilmədilər. Üstəlik, təəssüf ki,
baş verənlərlə bağlı hələ də rəsmi reaksiya eşitmirəm. Çempionatın təşkilat komitəsinin
sədrinin (bu şəxs eyni zamanda Nikol Paşinyanın administrasiyasının rəhbəridir)
“Facebook”da hansısa yazısı var idi və o, bayrağı yandıran şəxsin hərəkətini pisləyirdi. Yenə də
“Facebook”da Ermənistan parlamentinin deputatlarının, deyərdim ki, kifayət qədər səmimi
qeydləri vardı və onlar baş verənlərə görə hamıdan üzr istəyirdilər. Bu mövzu mediada, sosial
şəbəkələrdə kifayət qədər fəal müzakirə olunur. Amma fakt odur ki, baş verənlərlə bağlı rəsmi
qiymət eşitməmişik. Bu, müəyyən narahatlıq doğurur. Çünki belə hallar baş verirsə, səhvlərin
etiraf edilməsi və onların bir daha heç bir şəkildə təkrarlanmaması üçün zəruri tədbirlərin
görülməsi vacibdir. Üstəlik, Ermənistan gələn il ağır atletika üzrə dünya çempionatına ev
sahibliyi etmək iddiasındadır. Və əgər bu insident İrəvanın daha böyük idman yarışına ev
sahibliyi etməsinə mane olmayacaqsa, artıq bu gün nəticə çıxarmaq lazımdır.
Amma mən həm də döyüşən ölkələrin idmançılarının “rəqib meydanında” idman yarışlarında
və ya hər hansı digər tədbirlərdə iştirakının, ümumiyyətlə, lazım olub-olmadığı ilə bağlı öz
subyektiv fikrimi bildirmək istəyirəm. Düşünürəm ki, yox, çünki müasir idman bütün hallarda
psixologiyadan çox təsirlənir. İdmançılar isə ruhən nə qədər güclü olsalar da, ətrafda qeyrisağlam düşmənçilik mühiti olanda, psixoloji cəhətdən hər şeyi yüz faiz yerinə yetirə bilmirlər.
Və ən azı yaxın gələcəkdə bir-birimizlə insan kimi danışmağı öyrənənə qədər Bakıda erməni
idmançılara qarşı qeyri-sağlam düşmənçilik mühiti olub və olacaq. İrəvanda da Azərbaycan
idmançılarına münasibətdə eyni cür. Ona görə də, mühüm beynəlxalq yarışları buraxmaq nə
qədər ağır olsa da, münasibətlər normallaşana qədər, yaxşı olar ki, bir-birimizə yarışlara
getməyək. Yeri gəlmişkən, Avroviziya Mahnı Müsabiqəsi Bakıda keçiriləndə də eyni fikri
bildirmişdim. O zaman erməni tərəfi özünü bir qədər qeyri-məntiqi apardı. Əvvəlcə, deyəsən,
iştirak edəcəklərini elan etdilər, amma müsabiqəyə az qalmış getmədilər. Yeri gəlmişkən,
Ermənistan bu səbəbdən diskvalifikasiya edildi və növbəti Avroviziya Mahnı Müsabiqəsində
iştirak edə bilmədi. Hesab edirəm ki, ilk gündən məntiqli və əsaslı qərar qəbul etmək lazım idi.
2022-ci ilin sonunda İrəvanda Uşaq Avroviziya Mahnı Müsabiqəsi keçirildi və mən hesab
edirəm ki, azərbaycanlılar bu müsabiqədə iştirakdan imtina edərək, düzgün addım atdılar.
Press Klub