“Putin-filan orada olmayıb, adi oxşarı olub...” - DANİLOV

20-04-2023, 10:08           
“Putin-filan orada olmayıb, adi oxşarı olub...” - DANİLOV
Ukraynanın işğal altındakı Xerson və Luqansk vilayətlərinə səfər edən şəxs Rusiya Prezidenti Vladimir Putin yox, onun oxşarlarından biri olub.

“Report” xəbər verir ki, bu qənaətə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının (MTMŞ) katibi Oleksiy Danilov milli xəbər marafonunun efirində gəlib.

“Birincisi, Putin-filan orada olmayıb. Bu, açıq-aydın məlum şeydir. Gerçək Putinlə ünsiyyətə girmək üçün azı 10-14 gün karantində keçirməlisiniz. Putin-filan orada olmayıb. Adi oxşarı olub. Onların sayı bir deyil – bu da həmçinin aydın məsələdir”, - o qeyd edib.

Danilovun fikrincə, Putin “qorxmuş insandır” və onun bu cür səfər etməsini düşünmək mümkün deyil.

MTMŞ katibi əcnəbi qonaqların Rusiya rəhbəri ilə görüşdə masa arxasında hansı məsafədə oturdulğunu xatırladıb. Həmçinin diqqət çəkib ki, Putinin səfərləri “1-2 həftə” öncədən start götürən hazırlıq prosedurudur ki, “burada hər hansısa ekspromtlar çoxdan yoxdur”.

“Bu, istənilən vaxt cəbhə xəttinə baş çəkə, birbaşa hərbçilərimizin yanında ola bilən prezidentimizin tam əksidir. Bizim fərqimiz budur. Tezliklə özündən də qorxacaq bunker babası Putindən fərqimizdir”, - Danilov vurğulayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru