“Toydan əvvəl ən çox qız evi xərcə düşür”

21-04-2023, 12:04           
“Toydan əvvəl ən çox qız evi xərcə düşür”
“Qayınanalar əvvəldən pərdənn rəngini də özləri deyir. Toydan əvvəl ən çox xərcə düşən qız evi olur. Oğlan evi sadəcə zinət əşyası gətirib, oturur”.
Teref.az OLAY-a istinadən xəbər verir ki, bu sözləri “Xəbər ertəsi” proqramında aparıcı Aytən Səfərova deyib. O, toydan əvvəl qız evinin çox xərcə düşməsinə irad bildirib:
“Oğlanın anası da övladını tərifləyir. Elə bilirsən, o, Apollondur, Zevsdir, sanki Məlikməmmədin 7 başlı əjdahasıdır. Cüssəlidir. Düşünürsən ki, bu Bahadır kimdir oturub? Bu mənim oğlumdur, sizə də iki sırğa, bir qolbaq, boyunbağı gətirəcəyik. Siz bizə yataq, şkaf gətirməlisiz. Zalda şkafdakı qabları də gəlin işlətmir, illərlə orada qalır. Muzey kimi, gələn deyir, filankəsin belə qab-qacağı var. Nəyə lazımdır ki, qız evini bu qədər əziyyətə salırsız? Bəzi ailələr evləndikdən sonra qızın özünü də əziyyətə salır. Oğlan da, nə oğlan! Baxıb deyirsən, bəy budur?”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru