“Efirlərdə bunun adını sərbəstlik qoyurlar, gələcək nəsillərə pis örnək olurlar” - Xalq artistindən İRAD

14-07-2024, 07:54           
 “Efirlərdə bunun adını sərbəstlik qoyurlar, gələcək nəsillərə pis örnək olurlar” - Xalq artistindən İRAD
“Sevənlərimə, insanlara qarşı hansısa səhv addımım olmayıb. Onlar da bilirlər ki, mən efirdə necəyəmsə, həyatda da eləyəm. Bəzən efirlərdə elə hərəkətlər görürəm ki.. Bunun adını sərbətslik qoyurlar. Siz gələcək nəsillərə düzgün örnək olmalısınız. Amma gələcək nəsillər nə görür? Onlar sizin etdiyiniz səhvlərin təsiri ilə böyüyürlər”.

Bunu Moderator.az-a açıqlamasında xalq artisti, sevilən sənətkar Nazpəri Dostəliyeva deyib.

O daha sonra əlavə edib:

“Güclü qadının çiləsi çox olur. Mən başıma gələnlərdən deyirəm. Səhnədə olduğum vaxt ola bilsin desinlər ki, bəxtəvər başına, nə edir ki? Mahnısını oxuyur, pulunu qazanır da. Amma mən heç vaxt o acı həyatımı, Allahın mənə yaşatdığı imtahanları xalqla paylaşmadım. Acımı göstərməyə çalışmadım. Sevincimi göstərməyə çalışmışam. Allahın səbri ilə özümü ayaqda saxlaya bilmişəm. Həyatımda elə bir acı yaşamışam ki, o dərd həyatımın sonuna qədər qəlbimdə olacaq. O acını içimdə çəkib, səhnədə gülməyə çalışmışam. Oxuduğum mahnıları sevənlərə aid etmişdim, mənim heç ağlıma gəlməzdi ki, mahnının sözlərini nə vaxtsa öz həyatıma həsr edəcəm, yaşayacam. Heç vaxt Allaha üsyan etməmişəm. Təsəllim insanların, məni sevənlərin sevgisi olub”.

Xalq artisti bildirib ki, atasının sənətindən faydalanıb bu sahəyə gəlib:

“Atam Şirvan torpağında tanınmış, sevilmiş çox gözəl, məşhur aşıq idi. Aşıq Əhmədəli Dostəliyev. Mənim atam çox toylar etmişdi. 5 günlərlə, 3 günlərlə toy edərdi. Əlbəttə ki, belə bir sənətkarın ailəsində neçə övlad doğulurdusa hamısı sənətlə məşğul olmalı idi. Atam hər dəfə sazı əlinə alanda biz də ifa edirdik. Qonşular bizi Dostəliyevlər ailəsindən ibarət xalq çalğı alətləri ansamblı adlandırırdı. Biz hələ o vaxt təhsil almamışdıq. Böyük qardaşım tar alətinə gedirdi, musiqi təhsili alırdı. O da faciəli şəkildə dünyasını dəyişdi. Ondan sonra atam toylara getmədi”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.