Şəmsi Səmədzadənin qardaşı əsəbiləşdi: "Boş-boş işlərlə məşğul olurlar..."

10-12-2024, 09:18           
Şəmsi Səmədzadənin qardaşı əsəbiləşdi: "Boş-boş işlərlə məşğul olurlar..."
Şəmsi Səmədzadənin qardaşı əsəbiləşdi:
2022-ci ildə ömürlük həbs cəzasından azad edilən iş adamı Şəmsi Səmədzadənin Özbəkistanda həbs olunması ilə bağlı xəbər yayılıb.
Ş.Səmədzadənin qardaşı Niyazi Səmədzadə Pravda.az-a açıqlamasında mətbuatdan narazılığını ifadə edib.
“Mətbuatın başqa işi yoxdur? Gedib niyə işləri ilə məşğul olmurlar? Belə boş-boş işlərlə məşğul olurlar. Şəmsi Səmədzadə həbs olunubsa, bunun mətbuata nə xeyri var? Nə məsələdir? Ömürlük məhkum olan insandır, ya kimdirsə, dövlət başçısı sağ olsun, əfv edib, məsələ qurtarıb gedib. Bu adam indi adi sıravi vətəndaş kimi mülki insandır. İnsanları niyə bu qədər narahat edirsiniz? Gedin işinizlə məşğul olun”, - o bildirib.
N.Səmədzadə Şəmsi Səmədzadənin Özbəkistanda həqiqətən də həbs edilib-edilməməsi barədə sualları cavabsız qoyub.
Xatırlatma: Bir müddət öncə sosial şəbəkələrdə intim görüntüləri ilə gündəmə gələn Şəmsi Səmədzadənin həmin görüntülərdən sonra Özbəkistana köçdüyü iddia olunur. Onun Özbəkistanda həbs olunması xəbərini Gununsesi.info yayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru