Tahir Kərimlinin partiyası qurultaya hazırlaşır: Sədr kim olacaq?

Bu gün, 07:44           
Tahir Kərimlinin partiyası qurultaya hazırlaşır: Sədr kim olacaq?
“Vəhdət” Partiyası qurultaya gedəcək.

Bu haqda partiyanın sədri, sabiq deputat Tahir Kərimli “Cebhe TV”-nin canlı efirində məlumat verib.

T.Kərimli bildirib ki, gələn həftə partiyanın Baş Məclisinin iclası olacaq və qurultayın vaxtı dəqiqləşəcək:

“Biz iyun ayında qurultay keçirməyi planlaşdırırıq. Gələn həftə qurultayın daha dəqiq keçirilmə vaxtı bəlli olacaq”.

T.Kərimli qurultayda bir sıra dəyişikliklərin olacağını bildirib:

“Sədr də dəyişə bilər. Mən qurultayda partiya üzvlərini inandırmağa çalışacam ki, partiyanı gənclərə ötürmək lazımdır”.

Daha ətraflı videoda:













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.