Bakıdakı ermənidən İrəvana çağırış - Təhlükə yoxdur - VİDEO

29-06-2015, 10:50           
Bakıdakı ermənidən İrəvana çağırış - Təhlükə yoxdur - VİDEO
Prezidentin müraciəti aqressiyaya, bu keyfiyyəti nümayiş etdirənlərin hərbi və ya mülki məzmun daşımasından asılı olmayaraq hər bir düşmənə qarşıdır.

Yəni çağırış özünü dinc aparan, düşdüyü vəziyyəti oboyektiv qəbul edən, hətta Azərbaycanda ermənifobiya olduğunu iddia edən Sarkisyana qarşı çıxmağa belə cəsarəti çatan Karen Qiloyan kimi ermənilərə aid deyil.

ANS PRESS Mir Şahinin I Avropa Oyunlarında iştirak etmək üçün Bakıya gəlmiş Ermənistan yığmasının mətbuat katibi Karen Qiloyanla söhbətini təqdim edir.

- Siz artıq neçə gündür ki, Bakıdasınız?
- Ayın 10-dan burdayam.

-Daha öncə Bakıda olmuşdunuz?
- Mən olmuşam. 2010-cu ildə Bakıda güləş üzrə dünya çempionatını işıqlandırmışam. Bir də həmin turnirdə iştirak edən uşaqlar.

-Hansısa fərqlər var? Müqayisə edə bildin, yoxsa çatdırmadın?
- Yox. Biz Olimpiya kəndindən zala, zaldan da geri qayıdırıq.
[10:08:17 ] Benara Huseynguliyeva: ****
[10:08:53 ] Benara Huseynguliyeva: -Şəhər boyunca da getmirdiniz, pəncərədən baxmırdınız? Qəsdən gözlərinizi bağlayırdınız?
- Yox elə deməyin. Biz o zaman başqa yerdə yaşayırdıq. Yəni bilmirik o vaxt necə idi indi necə. Müqayisə etmək üçün nəyin necə olduğunu bilmək lazımdır.

- Bəs şəhərə baxırsan? Bakı sənin üçün necə qalıb?
- Çox şey edə biliblər, oyunlar normal təşkil edilib.

- Necə düşünürsünüz, Ermənistan heyətinin göstərdiyi nəticə onların hazırlıq səviyyəsi ilə əlaqədardır, yoxsa Bakı azarkeşləri ilə?
- Biz bura ən güclü heyət ilə gəlməmişik. Məsələn, yunan roma güləşi üzrə komandanın tərkibində iki çempionumuz yox idi. Biz daha böyük nəaliyyətə ümid edirdik. Bizdə hazırda bir gümüş medal var. Biz, demək olar ki, bir neçə medal itirdik. Əlbətdə ki, gərginlik var idi. Bu da təsiredici amil idi. Mən həmişə düşünmüşəm ki, azarkeş həmişə nə üçünsə və ya kimin üçünsə azarkeşlik etməlidir. Lakin kiməsə qarşı olmamalıdır. Başa düşürəm ki, erməni idmançılar arenaya çıxdıqda hamı fit çalır. Bu, normaldır, belə olmalıdır. Bütün zalın bir səslə azərbaycanlılara azarkeşlik etməsini də anlayıram. Bu, normaldır. Bunu başqa cür izah etmək də olmaz. Lakin zalda hamının slovaklar və ya portuqaliyalılar üçün azarkeşlik etdiyini gördükdə anlayırsan ki, həmin gənc idmançı öz bacarığını ortaya qoya bilər.

-Burada ümumiyyətlə gününüz necə keçir?
-Biz də digər heyətlər kimi Olimpiya kəndində yaşayırıq. Bizim üçün nə pisdir, nə də yaxşı. Normal şəraitdə yaşayırıq. Heç bir şikayətimiz yoxdur. Təkcə müsabiqə barədə düşünürük. Zala çatanadək.

-Slovaka çatanadək...
- Azarkeşlik etməyə başlayanadək.

- İdman idmandır.
- Məndə elə fikirləşirəm.

- Doğrudur ki, erməni heyəti ayrılıqda qidalanır?
- Xeyr, əlbəttə.

- Belə bir iddia səsləndirilir?
- Belə bir şey olmayıb. Biz birlikdə qidalanırıq. Düzdür, uşaqlar bizi müşayiət edir. Lakin biz indiyə qədər müşayiət edildiyimizi hiss etmədik. Bu heç bir insidentin, kədərli hadisənin olmamasını istəyənlər üçündür.
[10:09:06 ] Benara Huseynguliyeva: ****
[10:09:12 ] Benara Huseynguliyeva: - Karen, təhlükəsizlik xidməti sizin azadlığınızı sərt şəkildəmi məhdudlaşdırıb? Deyək ki, siz nə isə etmək istəyirdiniz edə bilmirdiniz?
- Bura gəldiyimiz ilk gündən biz uşaqlarla danışdıq və qəbul etdik ki, nə bizə, nə də sizə arzuolunmaz hərəkətlər lazım deyil. Ona görə qərar verdik ki, hər bir addımı müzakirə etdikdən sonra atacağıq. Hara gedəcəyimizi danışırıq, onlar da bizi uzaqdan müşayiət edirlər.

- Bizdə belə bir məsəl var. Qonaq Allahın qonağıdır.
- Əgər təklif etsəniz sizinlə şəhərə baxmağa çıxa bilərik.

- Əlbəttə. Elə indi gedə bilərik. Sadəcə geyimizini dəyişməlisiniz. Belə olmaz.
- Biz dostlarımızla, mühafizə xidməti ilə bu barədə danışmamışıq. Ona görə təklifinizi qəbul edə bilmərəm.

- Siz vətəndən nə qədər aralı düşmüzünüz? Məsələn, skaypla, telefonla əlaqə yarada bilirsiniz?
- Biz tamamilə rahat şəkildə əlaqə yarada, istədiyimiz vaxt danışa bilirik. Bu məsələdə heç bir problem yoxdur.

- Bizdə bir müddət sonra Kimya üzrə Olimpiyada olacaq. Biz Ermənistandan da nümayəndə heyəti gözləyirdik. Uşaqlar olacaq. 14 nəfərdirlər. Əvvəlcə onların gəlib, iştirak edəcəyi razılaşdırılmışdı. Və burada bütün tədbirlər də görülmüşdü. Lakin sonra məlum oldu ki, onların valideyinləri razı olmayıblar. Guya ki, onlar uşaqlarını göndərməkdən qorxurlar.
- Bir şey deyə bilərəm ki, bizdə də 18-22 yaş arası idmançılar var. Onlar da gəncdirlər. Mən öz ölkəmdə Facebook səhifəmdə yazdım və valideyinlərdən xahiş etdim ki, narahat olmasınlar. Çünki, onların həyati təhlükəsi yoxdur.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.