Putinin baş strateqi: “Şiələr təkcə özləri üçün deyil, sünnilər üçün də mübarizə aparırlar”
4-06-2017, 13:21
Rusiya Putinin baş strateqi Aleksandr Dugin Yaxın Şərq suyasətinin formalaşmasında mühüm rol oynayan aktyorlardandır. Odur ki, Duginin regional məsələlərə baxışı həmişə maraq doğurub.
Strateq Türkiyənin “Star” qəzetinə verdiyi müsahibəsində də kürd problemindən tutmuş, sünni-şiə davasına və ABŞ-ın bu mübarizələrdən necə faydalanmasına qədər bir çox mətləblərə aydınlıq gətirib. Dünyamızda baş verənləri anlamaq üçün müsahibəni Azərbaycan ləhçəsinə sadələşdirib dəyərli Ovqat.com oxucularına təqdim edirik:
-Bir müddət öncə Ərbilə etdiyiniz səfərlə söhbətə başlayaq. Səfərin Türkiyə üçün də manidar olduğunu düşünənlər çoxdur. Bu ziyarəti Rusiyanın Şimali İraqın müstəqillik referandumuna dəstəyi kimi qiymətləndirə bilərikmi?
-Mən Yaxın Şərq jeopolitikasıyla maraqlanan biriyəm və bölgədə sülhə kömək edəcək bütün aktyorlarla görüşürəm. Əgər proseslərdən kənarda dayansaq, İsrail və ya ABŞ-dakı güc mərkəzləri kürdlərdən istifadə edə bilərlər.
-İsrail və ABŞ kürdlərdən necə istifadə edəcək?
-Onları manipulyasiya edərək Suriyanı, Türkiyəni və İranı dağıdacaqlar. Lakin eyni zamanda kürdləri korkutmamağımız lazımdır. Onlara hörmət yanaşmalı və Avrasiya layihəsinə daxil etməliyik. Kürd dövləti qurularsa, ABŞ-ın əlinə buraxılmamalıdır. Onlar bununla bölgəni qarışdırmaq istəyirlər. Hər hansı bir qrupu ABŞ-ın əlinə təslim etmək daha çox qana səbəb olacaq.
-Kürdlərin Avrasyacı layihənin bir hissəsi olacağına inanırsınızmı?
-Bölgədəki ABŞ təsirini qırmalıyıq. Kürdlər bizim tərəfimizdə olmalıdır. Məsələn, Bərzani rəhbərliyi Türkiyəyə qarşı deyil. Ankara üçün problem terror qrupları- yəni PYD və PKK-dır. Xüsusilə bu dövrdə ABŞ diqqətini daha çox PYD-yə cəmləşdirdi. Suriyanın şimalında altı ədəd hərbi bazaları var, Rusiyanın və ya Türkiyənin regioanda söz sahibi olmasını istəmirlər.
-Yəni PYD ABŞ üçün yalnız sadə bir vasitədir?
-Kürdlər bölgədə dövlət qurmaq istəyirlər. ABŞ da bu istəkdən öz mənfəətləri üçün faydalanır. Məncə, Ankaranın bölgədəki təsiri çox yüksəkdir. Rusiya da bir başqa güc mərkəzidir. İranı da sıranıza qata bilərsiniz. Bu səbəbdən, kürd faktorunu qorxutmadan necə bir nəticəyə vara biləcəyimiz üzərində dayanmalıyıq.
-Lakin ortada bir separatçılıq gerçəyi də var?
-Türkiyəni anlayıram. Bölgədə PKK-nın Suriya qolu olan PYD-nin hərəkətlərindən narahatlıq duyur. PYD Türkiyənin ərazi bütövlüyünü təhdid edir. Kürdlər kimliklərini bilmirlər. Türkiyə onlara bir şəxsiyyət, vəzifə təklif edə bilər. Yaxın şərqdə bunu edə biləcək yeganə güc Prezident Ərdoğandır. Lakin fərqli ideologiyaların qarşıdurması səbəbi budən o da bu potensialını ortaya çıxara bilmir. Birlikdə hərəkət etməliyik. Rusiya və Türkiyə Atlantikçilərin Yaxın Şərqi parçalamasına icazə verməməlidir.
“Kürdləri ABŞ-a buraxa bilmərik”
-Moskva və Ankara üçün İraq ilə Suriyanın ərazi bütövlüyü vazkeçilməz prinsipdir. Lakin bu, müstəqillik tələbiylə ziddiyyət təşkil etmirmi?
-Haqlısınız, bu, bir pardoksdur. Problemi yaradan isə terror təşkilatlarından istifadə edərək bölgəni qarışdırmağı hədəfləyən ABŞ-dır Lakin bu vəziyyət birdən-birə meydana gəlmədi. Kürdlərin də istifadə olunmalarının bir arxa planı var. Bağdad hökuməti onları yox saydı. İraqda və Suriyada İŞİD-in əliylə qətl edildilər. ABŞ da İŞİD-i dəstəkləyərək buna icazə verdi. Çünki kürdlərin öz qucağına gələcəyini bilirdi. Artıq buradakı regional hakimiyyətlər də mədəni, dini və etnik şəxsiyyətlərə heç bir şey vəd etmirlər. Bu səbəbdən problem əslində bu ölkələrdəki milli kimlik problemidir. Mən də prezident Ərdoğanın tezisləriylə razıyam. Ərazi bütövlüyünü müdafiə etməliyik, amma belə bir vəziyyətdə bu, texniki baxımdan mümkün deyil. Bütövlüyü təmin edəcək bir ümid işığı verməliyik.
-“ABŞ Suriyada PYD-dən istifadə edir” dediniz. Moskva da heç PYD-yə marağını əsirgəmədi. Afrində hələ də Rus bayraqları dalğalanır. Rusiyanın bölgədə PYD-yə yönəlik strategiyası nədir? ABŞ-dan fərqiniz nədir bu mənada?
-Rusiyanın mövqeyi Suriyadakı bütün qrupları bir arada tutmaqdır. Rusiyanın PYD-dən Türkiyəyə qarşı istifadəetmə niyyəti və məqsədi yoxdur. Türk strategiyasını anlayırıq, amma kürdləri də ABŞ-ın əlinə buraxa bilmərik. ABŞ həm Türkiyəyə, həm də Əsədə qarşı PYD-dən istifadə edir. Türkmənlər, nusayriler, kürdlər və sünni ərəblər bir araya gəlməlidir. Deyildiyi kimi, Kremlin sünni ərəblərin hamısını birdən günahlandırmır, ifratçılığa qarşı çıxır. Digər tərəfdən, Suriyalı kürdlər arasında da birlik düşüncəsi çox yayğındır. Dəməşddə ciddi kürd əhalisi var. Parçalanmalara gedərlərsə, paytaxtda qalanların taleyinin nə olacağını düşünmək də vacibdir.
“Osmanlı İmperatorluğunu yıxan güc-vahabilikdir”
-Sizcə, İranın son zamanlar yürütdüyü siyasətlər Moskvanın planlarıyla toqquşmurmu? Aralıq dənizinə çıxan bir dəhliz yaratmaq və bölgəni şiələşdirmək istəyirlər. Hətta bir müddət əvvəl Haşdi Şabi sərhəddi keçərək bölgəyə girdi...
Məncə şiələr, Avrasyacılığın geosiyasi bir qolu. Şiə yalnız bir inancı təmsil etmir. Biz, onları həm də bir müttəfiq olaraq görürük. Vahabi və sələfilər qarşı güclü bir müttəfiq. Klassik sünni ilə vahabi-sələfilik arasında böyük bir fərq var. Çünki bu ifrat düşüncəlilər şiələri inkar edir, eynilə sufilər kimi onlara da qarşıdırlar. Şiələr yalnız özləri üçün deyil, sünnilər üçün də mübarizə aparırlar. Şiələr və sünnilər müttəfiq olmağa məhkumdurlar.
-Şiələrin sünniləri də müdafiə etdiyi söyləmək çox çətindir. Onlar İŞİD-dən ala bilmədiyi intiqamı sünnilərdən alırlar. Şiə sillahlılarının sünni vətəndaşlara yönəlik qətliamları ortadadır.
-Məncə, sünni islama fokuslanmalıyıq. Çünki sələfilər sünnilərin içinə sızmağa çalışır. Ərəb milliyyətçiliyindən istifadə edirlər. Ənənəvi sünni İslam düşüncəsini dəyişdirərək, yerinə sələfiliyi gətirməyə çalışırlar. ABŞ, şiələri barbar olaraq göstərir. Bu doğru deyil. Əsrlər boyunca sünnilər və şiələr sülh içərisində yaşayıblar. Osmanlı İmperatorluğunu yıxan güc də vahabilikdir. İran ilə Türkiyə arasındakı rəqabəti anlayıram. Amma bu problemlər Osmanlıda yox idi. Rumi-sufi ənənəsi düşünün. Bu ənənədə də şiəliyin ciddi təsirləri var. Bölgədə yenidən bir güc tarazlığı qurmalıyıq. Əgər sülh istəyiriksə şiələr ilə sünnilərin müttəfiqliyinə məhkumuq.
15 İyuldan sonra PKK və İŞİD Türkiyənin işğalına şərait yaradacaqdılar
-15 İyuldan sonra sizin və ya Putinin o günün axşam saatlarında çevriliş xəbərini Ankaraya çatdırdığınıza dair söz-söhbətlər çıxdı. Moskvanın Türkiyə lehinə hər hansı bir rolu oldumu o gün?
-Münasibətlərin təkrar inkişafından sonra bir şeylərin olacağını gözləyirdik. Çevrliş cəhdinin zamanlaması bu mənada çox manidardı. Ərdoğan kimi güclü bir adam var qarşınızda və bunu yıxmağa çalışırsınız, üstəlik Rusiya-Türkiyə əlaqələrinin inkişaf bir dövrdə. Bu, qlobalistlər baxımından son dərəcə məntiqli idi. Ərbildəykən çox maraqlı bir şey öyrəndim. O sırada PKK-nın hazırlıqlarını tamamladığını söylədilər. Əvvəldən çevriliş xəbərini ABŞ-dan almış və Türkiyədə hakimiyyətin dəyişməsindən dərhal sonra üsyana qalxacaqdılar. Bu cür bir ssenari var imiş. Çevrilişin uğurluq olduğunu və Ərdoğanın devrildiyini düşünün. Çevriliş PKK-nın da içərisində olduğu bir ABŞ senarisi idi.
-Bunu kim söylədi? Hansı qruplardan bəhs edirsiniz?
Məlumat qaynağım geosiyasi mənzərənin fərqində olan biridir. Çevriliş cəhdi ilə Türk dövlətini yıxmaq istəyirdilər. Türkiyənin bölünmə layihəsinin bir ayağıydı bu cəhd. Eynilə İraqdakı kimi. Bəlkə sonra bir işğal da gələcəkdi. Bir yandan İŞİD, digər tərəfdən isə PKK hücumu və parçalanmış bir Türkiyəyə. Liviya, İraq və Əfqanıstanda olduğu kimi...
-Yeni kitabınızda FETÖ-nün zamanının bitdiyini və MKİ-nin (CİA) yeni bir təşkilatla hücum edəcəyini deyirsiniz. Bir az bu tezinizi aça bilərsinizmi?
-Bu saatdan sonra küreselcilerin Türkiyə haqqında müsbət bir ssenarisinin olması mümkün deyil. Ərdoğan FETÖ-nu təmizlədikdən sonra CIA yeni bir vasitə tapmaq məcburiyyətindədir. İntiqam almaq istəyəcəklər.
-ABŞ-da dəyişilən rəhbərliyin, yeni prezident Trampın buna baxışı necə ola bilər?
-Tramp Amerikası fərqli bir mövqedədir. Amma Tramp da təcrid edilmiş vəziyyətə salınıb. O digərləri kimi qlobalist biri deyil, Ərdoğanla düşmənləri eynidir. Tramp da, nəhayət, bunun fərqinə varacaq.
-16 Aprel referandumunun nəticəsinin bu prosesə bir təsiri olurmu?
-Atlantikçi düşüncə sahibləri və ya “dərin Amerika” Türkiyəni qarışdırmaq üçün fəaliyyətlərinə davam edəcək. Bundan sonra Ərdoğana qarşı İŞİD və PKK kartlarını ortaya atacaqlar. Əlbəttə, Ərdoğan referendumu qazandıqdan sonra əli bir az da gücləndi. Bu Türkiyə üçün bir şans. Nəticə Türkiyənin yararınadır.
-Qlobalistlər Türkiyədən nə istəyirlər? İŞİD ilə PKK kimi artıq hər kəsin bildiyi üsullarlamı fəaliyyətlərini sürdürəcəklər?
-Atlantikçilər, yəni qlobalistlər, Türkiyədəki siyasi parçalanmaları təşviq edəcəklər. Ərdoğanın reformlarına qarşı çıxanlara “stavka” edəcəklər. Atlantikçi şəbəkə NATO üzvü və bu alyansdan asılı bir Türkiyə istəyirlər. Bu gün Ərdoğan Türkiyəsi heç bir zaman olmadığı qədər azaddır. Türk xalqı artıq yeni bir şəxsiyyətə sahibdir.
Dünya dialoqa daha yaxın olacaq
-Qanlı çevriliş cəhdi qlobal planda da bir qırılma nöqtəsi yaratdı mı? Prosesi necə görürsünüz?
-Bundan sonra ABŞ və qlobalistlərin qarşısında daha ciddi bir şəkildə dayanacağıq. Tramp da bunun bir parçasıdır. Realist siyasətlərin dəyəri anlaşıldı. Bölgədə və dünyada yeni dəngələr yaranacaq. Mübarizə isə qlobalistlərə qarşı aparılacaq. Dünya dialoqa daha yaxın olacaq. Gerçəklik və fərqlilik daha qiymətli hala gələcək. Fərqliliklərə hörmət edən bir yanaşma inkişaf etdirmədən yeni situasiyada yer ala bilməzsiniz.
-Türkiyədə çox kədərli bir sui-qəsd reallaşdı. Rusiyanın səfiri Andrey Karlov bir FETÖ xadimi tərəfindən öldürüldü. FETÖ ilə mübarizədə Rusiya və Türkiyə necə ortaq hərəkət edə bilər?
-Əvvəlcə onu demək istəyirəm ki Karlov sui-qəsdi böyük bir cinayət idi. Bu cinayət yalnız bizə yox, həm də Türkiyə-Rusiya əlaqələrinə qarşı işlənmişdi. Əgər Karlovun vəfatının ardından Kremldən gələn reaksiyaya baxsanız, vəziyyətin fərqində olduğumuzu görərsiniz. İqtisadi və ya siyasi heç bir təəssübə yer vermədən, hədəfin kim olduğunu anlayaraq hərəkət etdik. Hisslərlə deyil, geosiyasi vəziyyətə baxaraq, problemin həllinə çalışdıq. Putin bunu geosiyasi bir cinayət olaraq gördü. Diplomatik bir əmr verdi və tarazlığı qorudu. Kədərli bir hadisə idi, ancaq Ərdoğanı və Rusiyanı hədəf aldığını bilirdik. Yaxşı ki, bu dəfə həm Ərdoğan, həm də Putin vəziyyəti anladılar. Rus təyyarəsinin vurulduğu zamandakı səhvə getmədilər. Geopolitik prioritetlər daha əhəmiyyətli idi və hisslərin önünə keçildi...