"Terror aktının törədilməsi üçün Gəncə şəhərinin seçilməsi səbəbsiz deyil" - deputat

9-07-2018, 16:55           
"Terror aktının törədilməsi üçün Gəncə şəhərinin seçilməsi səbəbsiz deyil" - deputat
Xəbər verdiyimiz kimi, iyul ayının 3-də, saat 20:30 radələrində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev və onun mühafizəçisi Qasım Aşbazova İcra Hakimiyyətinin inzibati binasının qarşısında odlu silahdan atəş açılıb. İcra başçısı və mühafizəçisinə atəş açan şəxs 1983-cü ildə Gəncə şəhərində anadan olmuş Yunis Səfərovdur. Bununla bağlı Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin Mətbuat birgə məlumat yayıb. Məlumatda bildirilib ki, o Suriya döyüşlərində də iştirak edib. Sosial şəbəkələrdə bir qrup şəxs insanlara çağırış edərək onları aksiyaya dəvət edirlər. Belə ki, onlar iyulun 10-da saat 20:00-da Gəncə İcra Hakimiyyətinin qarşısında aksiya edəcəklərini bildirirlər. Gəncəli gənclərin də bir çoxu öz şəxsi səhifələrində insanlara müraciət edərək bu cür radikal qrupların çağırışına məhəl qoymamağı və ölkədəki sabitliyin qorunub saxlanılmasının vacib olduğunu bildirirlər. Ölkədə mövcud sabitliyin pozulması üçün niyə məhz Gəncə şəhəri şeçildi?

Bununla bağlı BiG.AZ-a açıqlama verən Fazil Mustafa bildirib ki, icra başçısını güllələyən Yunisin bu əməli terror aktından başqa bir şey deyildir:

"Bunlar düşünülmüş bəhanələrdir. Terror aktında bu cür bəhanələrlə haqq qazandırmaq məqsədyönlü xarakter daşıyır. Burada sırf xarici dövlətlərdə hazırlanmış və ayrıca bir şəxs tərəfindən icra olunmuş terror aktından söhbət gedir. Bu hadisəni törədən şəxs də xarici ölkələrdə təlim keçib".

Bundan əlavə deputat vurğulayıb ki, terror aktının törədilməsi üçün Gəncə şəhərinin seçilməsi səbəbsiz deyil:

"Çox güman ki şəhərdə xurafatçıl, fanatik ünsürlərin olması faktını nəzərə alıblar. Gəncə ziyalı şəhər olsa da, görünür, dini fanatizm meyilləri az-çox özünü göstərir. Hadisələrin bu cür inkişafı da onu göstərir ki, bu şəhər təsadüfi seçilməyib”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.