Millət vəkili, YAP-ın builki parlament seçkilərində namizədi Tahir Süleymanov bəstəkar-müğənni Elza Seyidcahanın onun haqqında səsləndirdiyi ittihamlara cavab verib.
T. Süleymanov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, Elza Seyidcahanı heç tanımır: “ Mən onu görməmişəm. Onun barəsində nə deyə bilərəm ki? Görünür ki, Elza Seyidcahan şər-böhtan yolunu tutub. Başqa o adam barəsində mən nə deyə bilərəm, heç tanımıram belə. Biz rəqiblərimizi namizədlikləri qeydə alınandan sonra tanıyırıq. O dairədən onlarla insanlar namizədliyini verib. Onun ölkə prezidentinə müraciəti barədə heç nə deyə bilmərəm”.
Qeyd edək ki, əməkdar artist Elza Seyidcahan namizədliyinin 54 saylı Şabran-Siyəzən seçki dairəsindən qeydə alınmaması üçün millət vəkili Tahir Süleymanovun ona qarşı təxribat törətdiyini açıqlayıb.