NATO-nun baş katibi apreldə ABŞ Konqresində çıxış edə bilər
12-03-2019, 07:38
NATO-nun baş katibi Yens Stoltenberq apreldə ABŞ Konqresində çıxış edə bilər.
Trend-in "Reuters"ə istinadən verdiyi məlumata görə, ABŞ Konqresinin Nümayəndələr Palatısının spikeri Nensi Pelosi NATO-nun baş katibi Yens Stoltenberqi apreldə keçiriləcək ölkə parlamentinin iclasında çıxış etməyə dəvət etməyi planlaşdırır.
Məlumata əsasən, Y.Stoltenberqin dəvət edilməsi barədə qərarı həm Demokrat, həmdə Respublika partiyalarının nümayəndələri dəstəkləyir.