Paşinyandan növbəti Qarabağ təxribatı

12-03-2019, 08:02           
Paşinyandan növbəti Qarabağ təxribatı
Paşinyan danışıqlar formatını dəyişdirə bilməsə də, bildiyini edir.

Teleqraf.com xəbər verir ki, bu sözləri Ermənistanın Təhlükəsizlik Şurasının iclasını Xankəndində keçirməsi barədə xəbərlərə münasibət bildirən politoloq Elxan Şahinoğlu deyib. O bildirib ki, Baş nazir Nikol Paşinyan artıq Xankəndidədir:

“Bu açıq-aşkar təxribatdır. Birincisi, Azərbaycan XİN başqa dövlətin Təhlükəsizlik Şurasının ölkəmizdə iclasının keçirilməsinə etiraz etməli, ikincisi isə bu təxribata görə birbaşa həmsədrlərdən izahat tələb etməlidir. Paşinyan Ermənistanın Təhlükəsizlik Şurasının iclasını Xankəndidə ona görə çağırır ki, müxalifətə - Qarabağ klanına, beynəlxalq aləmə və Azərbaycana separatçılarla eyni mövqedə olduğunu bir daha bəyan etsin”.

Qeyd edək ki, erməni mediasının bəziləri N.Paşinyanın tarixdə ilk dəfə olaraq Ermənistan TŞ iclasını xankəndidə keçirəcəyini yazıb. Digərləri isə xankəndidə separatçı qurumun “təhlükəsizlik şurasının” keçiriləcəyini və N.Paşinyanın da bu iclasa qatılmaq üçün gəldiyini açıqlayıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.