Fəzail Ağamalı da seçicilərlə görüş marafonuna yekun vurdu - FOTOLAR

28-10-2015, 22:44           
Fəzail Ağamalı da seçicilərlə görüş marafonuna yekun vurdu - FOTOLAR
60 saylı Salyan-Neftçala seçki dairəsindən Milli Məclisə namizədliyi irəli sürülmüş Fəzail Ağamalı oktyabrın 28-də Neftçala rayonunun Aşağı Surra kəndində uğurlu seçki kompaniyasına yekun vurub.

teref.az xəbər verir ki, Aşağı Surra kəndinin seçiciləri ilə görüşü açan F.Ağamalının səlahiyyətli nümayəndəsi Əbülfət Bədəlov qısa olaraq F.Ağamalının tərcümeyi halı və onun keçmiş olduğu yol üzərində dayanmış, 2010-cu ildən sonra deputatlıq fəaliyyətinin vacib məqamlarını seçicilərin diqqətinə çatdırmışdır.

Seçicilər qarşısında çıxış edən Fəzail Ağamalı görüşdə iştirak etdiklərinə görə seçicilərə dərin təşəkkürünü bildirmiş və son 5 ildə 60 saylı Salyan-Neftçala seçki dairəsinə daxil olan kəndlərdə o cümlədən Aşağı Surrada görülən işləri dövlətimiz və ölkə prezidenti İlham Əliyevin onlara qarşı diqqətinin ifadəsi kimi dəyərləndirmişdir.

O, kənddə həyata keçirilməsi vacib olan məsələlərin üzərində dayanmış və bütün bunların növbəti illərdə reallaşacağına əminliyini bildirmişdir.

Görüş iştirakçılarından şəhid atası Hacı Abbasağa Rəhimov, Kərbəlayi Ədalət Abışov, kənd ziyalıları Həsənağa Abbasov və Ənvər Tağıyev ölkəmizdə həyata keçirilən sosial xarakterli işlərə görə ölkə prezidentinə minnətdarlıqlarını bildirmiş, dövlətçiliyimizə sədaqəti ilə fərqlənən hər zaman xalqın problemlərini aradan qaldırmaqda fəallıq nümayiş etdirən F.Ağamalıya səs verəcəklərini söyləmiş və bütün seçiciləri onlarla bərabər olmağa çağırmışlar.

Beləliklə, Fəzail Ağamalının seçicilərlə canlı görüşü və təması başa çatmışdır.
















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.