BVF-nin yeni məlumatına görə, ABŞ dollarının qlobal valyuta ehtiyatlarındakı payı 2025-ci ilin ilk rübündə 57,7%-ə düşüb. İnvesting xəbər verir ki, avronun payı 20,1%-ə yüksəlib ki, bu da son illərin ən yüksək göstəricisidir. Mütəxəssislər dolların zəifləməsini ABŞ-nin dəyişkən iqtisadi siyasəti və tətbiq olunan yeni tariflərlə əlaqələndirirlər. Lakin de-dollarizasiya prosesi hələlik ləng və qeyri-müəyyən olaraq qiymətləndirilir.