Azərbaycan XİN "Rossiya 24"ə etirazını bildirdi

27-11-2015, 15:08           
Azərbaycan XİN "Rossiya 24"ə etirazını bildirdi
Rossiya 24 dövlət televiziya kanalında 26 noyabr 2015-ci il tarixində efirə getmiş "Турецкий оскал: почему "Серые волки" убили российского пилота" adlı verilişdə düzgün olmayan və uydurma məlumat əsasında Azərbaycanın adı hallandırılıb, Ermənistanın Azərbaycana qarşı təcavüz və işğalı, Ermənistanın azərbaycanlı hərbçilər və mülki şəxslərə qarşı kütləvi formada törətdiyi hərbi və insanlıq əleyhinə cinayət əməlləri təhrif edilib.

Trend-in məlumatına görə, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

XİN sözçüsü qeyd edib ki, tamamilə yanlış və qeyri-obyektiv məlumat əsasında Azərbaycanın adının hallandığı bu verilişi hazırlayanlar dost və qonşu ölkələr olan Azərbaycan və Rusiya arasındakı əlaqələrə xələl gətirmək kimi məqsəd güdürlər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.