ABŞ hərbçiləri Suriya ordusunun şimala doğru hərəkətinə mane olur

14-10-2019, 06:54           
ABŞ hərbçiləri Suriya ordusunun şimala doğru hərəkətinə mane olur
Amerika hərbçiləri Suriyanın Türkiyə hərbçilərinə qarşı hərəkət edən hökumət qüvvələrinin irəliləyişi imkanlarını məhdudlaşdırırlar.

"Report"un məlumatına görə, bu barədə yeri KİV-ə istinadən "İnterfaks" xəbər yayıb.

Belə bir hadisə Suriya ordusunun şəhərin qərb ərazisinə daxil olmağa cəhdi zamanı baş verib. Qeyd edilir ki, Suriya hərbçiləri Manbic şəhərinə daxil olmağa çalışırlar.

Xatırladaq ki, bir sıra mətbuat orqanları Suriya ordusunun Türkiyə Silahlı Qüvvələrinin hərəkət etdiyi əraziyə doğru istiqamət alması barədə xəbər yayıb. Məlumata görə, Suriya hökuməti Türkiyəyə qarşılıq vermək üçün ölkənin şimalına qoşun yerləşdirir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru