“Ermənilər qanunsuz məskunlaşdırma aparır” - Millət vəkilinə müraciət olundu

20-10-2019, 11:00           
“Ermənilər qanunsuz məskunlaşdırma aparır” - Millət vəkilinə müraciət olundu
Avstraliya-Azərbaycan Assosiasiyası ölkənin NSV əyalətinin millət vəkilinə məktub göndərib.

Təşkilatın sədri Mikayıl Oytanın Cebhe.info-ya verdiyi məlumata görə, məktubda Dağlıq Qarabağ münaqişəsi haqqında məlumat verilir. “Məktubda qeyd etmişik ki, Qarabağ münaqişəsi 1988-ci ildə Ermənistanın işğalçılıq siyasəti ilə başlanıb. Azərbaycanın dünya birliyi tərəfindən tanınmış ərazi bütövlüyü pozulub. Ölkənin 20 faizi Ermənistan tərəfindən işğal edilib. 1 milyon azərbaycanlı öz yurdunda qaçqına çevrilib. Ermənilər Qarabağın Xocalı şəhərində azərbaycanlılara qarşı dəhşətli soyqırım törədiblər.

BMT Ermənistan qoşunlarının Azərbaycan torpaqlarından çıxmasını özündə ehtiva edən 4 qətnamə imzalasa da, işğalçı dövlət buna əməl etmir”. Mikayıl Oyta habelə məktubda işğal olunmuş Azərbaycan torpaqlarına Suriyadan ermənilərin və kürdlərin yerləşdirildiyini də millət vəkilinin dəqqətinə çatdırıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru