Əsəd Putinə təşəkkür etdi

23-10-2019, 08:53           
Əsəd Putinə təşəkkür etdi
Rusiya və Suriya prezidentləri Vladimir Putin və Bəşər Əsəd arasında telefon danışığı olub.

Putin Əsədi Soçidə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla keçirdiyi görüşün yekunları barədə məlumatlandırıb.

Rusiya prezidenti telefon danışığı zamanı Suriyanın ərazi bütövlüyünün bərpa olunmasının əsas vəzifə olduğunu söyləyib.

Bəşər Əsəd isə qəbul olunmuş qərarları dəstəklədiyini söyləyib. Suriya Prezidenti Vladimir Putinə təşəkkürünü bildirərək Suriya sərhədçilərinin rusiyalı hərbi polislərlə birlikdə Suriya-Türkiyə sərhədinə çıxmağa hazır olduğunu vurğulayıb.

Qeyd edək ki, bu gün Soçi şəhərində Türkiyə və Rusiya prezidentləri - Rəcəb Tayyip Ərdoğan və Vladimir Putin arasında Suriya münaqişəsinin nizamlanması ilə bağlı 6 saatdan çox danışıqlar keçirilib. Danışıqların yekunu ilə bağlı Putin və Ərdoğan birgə mətbuat konfransı keçiriblər. Danışıqların yekunu ilə bağlı birgə Memorandum qəbul olunub. Memoranduma əsasən, Türkiyə və Rusiya hərbçiləri Suriyanın şimal hissəsində birgə patrul xidməti aparacaqlar.//APA












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru