"Prezidentin növbəti islahatı burda olacaq" – YAP-çı deputat

23-10-2019, 19:20           
"Prezidentin növbəti islahatı burda olacaq" – YAP-çı deputat
Prezident İlham Əliyev Baş nazirin keçmiş müavinləri - həm Əli Həsənovu, həm də Hacıbala Abutalıbovu qəbul edərkən Yeni Azərbaycan Partiyasında (YAP) dəyişikliklər məsələsində toxundu.

Bu sözləri Axar.az-a açıqlamasında YAP üzvü, millət vəkili Elman Nəsirov deyib. O, YAP daxilində müəyyən dəyişikliklər ola biləcəyini söyləyib:

“Ölkə başçısı xüsusilə Əli Həsənovla söhbəti zamanı qeyd etdi ki, siz YAP sədrinin müavinisiniz. Prezident YAP-ın fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində yeni addımların atılması məsələsini gündəmə gətirdi. Prezident söylədi ki, Baş nazirin keçmiş müavinləri YAP-ın fəaliyyətinin və mənafeyinin gücləndirilməsinə xidmət edən addımlar atmalıdırlar. Cənab Prezidentin dediklərindən bu hasil oldu ki, hakim partiyanın özündə də müəyyən təşəbbüslərlə çıxış edəcək. Prezident bunun anonsunu verdi. Düzdür, bu məsələnin detallarını biz bilmirik, amma hər halda hakim partiyanın özündə də bu və ya digər dəyişikliklərin olması ilə bağlı müəyyən fikirlər səsləndirilir”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru