Snouden: ABŞ Rusiyadakı seçkilərə müdaxilə edəcək

24-10-2019, 05:50           
Snouden: ABŞ Rusiyadakı seçkilərə müdaxilə edəcək
“Şübhəsiz ki, ABŞ Rusiyadakı seçkilərə müdaxilə edəcək”.

“Report” RİA “Novosti”yə istinadən xəbr verir ki, bunu ABŞ-ın Milli Təhlükəsizlik Agentliyinin keçmiş əməkdaşı, 2013-cü ildə ABŞ xüsusi xidmət orqanlarının gizli məlumatlarının sızmasında əli olan Edvard Snouden söyləyib.

“Amerikanın Rusiya seçkilərinə müdaxilə edəcəyinə şübhə yoxdur. Heç kim bu barədə danışmağı sevmir”deyə, o bildirib.

O, 2016-cı ildə “New York Times” qəzetindəki məqaləsində təxminən 50 ildə Rusiya və Sovet İttifaqının Amerika seçkilərinə 36 dəfə, ABŞ-ın isə eyni müddət ərzində 81 dəfə müdaxilə etdiyini bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru