“Şimal axını 2”-dən imtina AB-yə baha başa gələcək
26-10-2019, 12:56
“Şimal axını 2” layihəsindən imtina Avropa Birliyi ölkələri üçün baha başa gələcək.
Axar.az xəbər verir ki, bunu Avstriyanın Rusiyadakı keçmiş səfiri Fridrix Bauer deyib.
“Rusiyadan qaz tədarükü AB-nin ABŞ-dan alacağından daha sərfəlidir. Amerika qazı üçün geniş infrastruktura qurulmalıdır. Rusiya qazı həmçinin daha ucuz və daha təmizdir” – deyə o bildirib.