BSU Primakovla bağlı essenin qaliblərini əcnəbi tələbə elan etdi...

31-10-2019, 12:57           
BSU Primakovla bağlı essenin qaliblərini əcnəbi tələbə elan etdi...
Teref.az xəbər verir ki, “Yevgeni Primakovun 90 illik yubileyi və onun XX-XXI əsrin qovuşuğunda beynəlxalq münasibətlərdə rolu ilə bağlı keçirilmiş esse müsabiqəsinin iştirakçıları olan tələbə-gənclər əcnəbi tələbələrdir və Rusiya Federasiyasının vətəndaşlarıdırlar”.

Bu barədə Bakı Slavyan Universitetinin mətbuat xidməti münasibətində bildirib.
Teref.az olaraq Yevgeni Primakovun 90 illik yubileyi və onun XX-XXI əsrin qovuşuğunda beynəlxalq münasibətlərdə rolu ilə bağlı keçirilmiş esse müsabiqəsinin qaliblərinin adlarını sizlərə təqdim edirik.
"Məlumata görə, oktyabrın 15-də Rusiya Federasiyasının Azərbaycandakı səfiri Mixail Boçarnikov esse müsabiqəsinin qalibi olmuş tələbələr – Aygül Mirzoyeva, Ruzana Əliyeva, Sarana Bədəlova, Kəmalə Qasımova və Aliyə Mamalovanı qəbul edib. Görüşdə BSU-nun Elmi işlər üzrə prorektoru, professor Rafiq Novruzov, Beynəlxalq münasibətlər, regionşünaslıq və jurnalistika fakültəsinin dekanı, dosent Şirinbəy Əliyev də iştirak ediblər.

Səfir Mixail Boçarnikov tələbə-gənclərə diplomları təqdim edib."(modern.az)
Yuxarıda adları çəkilən tələbələrin Azərbaycan vətəndaşları olmadığı barədə heç bir dəlil gətirmədən Bakı Slavyan Universitetinin mətbuat xidməti onları əcnəbi tələbə elan edib.
Ümumən isə BSU-nun rəhbərliyinin verdiyi bu cavab ancaq gülünc mənbəyi ola bilər. Açıqlamadan belə çıxır ki, esseni ancaq əcnəbi tələbələr yazıb?
Bakı Slavyan Universitetinin mövqeyini işıqlandırmağa hazırıq!
Teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru