Azərbaycanda tanınmış baş redaktordan ŞOK açıqlama: "Vətəndaşlıqdan imtina edəcəmn...."
13-12-2019, 00:00
"Olaylar" qəzetinin baş redaktoru Yunus Oğuz Azərbaycan vətəndaşlığından imtina edəcəyini bildirib.
Teref.az xəbər verir ki, bu barədə o, öz feyzbuk səhifəsində yazıb: "Əziz dostlar! Çox az qalıb,Cənab prezidentimə müracət edib məni vətəndaşlıqdan çıxartmağını xahiş edəcəm. Səbəblərini müracitimdə bildirəcəm". Lakin bu onun axırıncı statusu olmayıb. Teref.az yazır ki, bir qədər sonra Yunus Oğuz öz feyzbuk səhifəsində: "Sabah rəsmən ailəliklə Cənab prezidentə müraciətimi təqdim edəcəm.Bu ,o demək deyil ki,Azərbaycandan gedəcəm.Sadəcə olaraq səs vermə hüqundan imtina edirəm."- yazıb. Yunus bəy bütün sualları cavabsız buraxıb. Teref.az