Arda Güler ilk dəfə doğma azarkeşlər qarşısında çıxış edəcək

4-05-2024, 12:50           
Arda Güler ilk dəfə doğma azarkeşlər qarşısında çıxış edəcək
Türkiyəli gənc yarımmüdafiəçi ilk dəfə doğma azarkeşləri qarşısında çıxış edəcək.

Məlumata görə, bu gün “Real Madrid” doğma meydanda “Kadiz”i qəbul edəcək.

“Kral” klubunun baş məşqçisi Karlo Ançelotti Arda Güleri ilk 11-likdə meydana buraxacağını bildirib. 19 yaşlı türkiyəli futbolçu ilk dəfə “Santiaqo Bernabeu” stadionunda doğma azarkeşlər qarşısında çıxış edəcək.

Qeyd edək ki, görüş Bakı vaxtı ilə saat 18:15-də start götürəcək.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.