Adı ABŞ-nin “qara siyahısı”na düşən iş admı danışdı – “Rusiya şirkəti ilə müqavilə imzalamışdıq...”
4-05-2024, 09:34
“Rusiya hərbi sənayesinə yardımlardan söhbət belə gedə bilməz. Biz bir il öncə Rusiyadakı bir şirkətlə müqavilə imzaladıq və işıq diotları istehsal etməyi planlaşdırırdıq. Amma avadanlıq ala bilmədik, istehsal baş turmadı, hər şey dayandı”.
“AzPolitika” xəbər verir ki, bunu “Azadlıq” radiosuna ABŞ Maliyyə Nazirliyinin iki gün əvvəl Rusiyaya qarşı elan etdiyi növbəti sanksiya paketində adı yer alan “Lahic Energy” MMC-nin rəhbərlərindən biri deyib.Qeyd edək ki, siyahıda MMC-nin rəhbəri Yevgeni Əliyev və onun qanuni təmilsiçisiolan oğlu Cahangir Əliyev də sanksiyaya məruz qalıb.
Şirkət rəhbərliyi vurğulayıb ki, bütün bunlar 1 il öncə baş verib, bu müddətdən sonra birdən-birə belə anlaşılmaz qərar verilib.
“Bu qərardan apellyasiyaya müraciət edəcəyik. Hesab edirik ki, sanksiyalar siyahısında adımızın olması bir yanlışlıq olub. Ola bilsin, bütün bunlar əməkdaşlıq etdiyimiz Rusiya şirkətinə görədir”, - deyə, o, əlavə edib.
İş adamı müqavilə bağladıqları Rusiya şirkətinin adını xatırlamadığını bildirib.
Qeyd olunur ki, bu müqavilədə istehsalı nəzərdə tutulan işıq diotları həm də silah və hərbi texnikanın istehsalı zamanı istifadə olunur.