DAXİLİ İŞLƏR NAZİRİNƏ YENİ MÜAVİN TƏYİN EDİLDİ - İlqar Məmmədov kimdir? +DOSYE

4-05-2024, 08:44           
DAXİLİ İŞLƏR NAZİRİNƏ YENİ MÜAVİN TƏYİN EDİLDİ -
Ali Hərbi Məktəbin sabiq rəisi general-mayor İlqar Məmmədov yenidən vəzifəyə gətirilib.

"AzPolitika" xəbər verir ki, "qafqazinfo”nun məlumatına görə, İ.Məmmədov daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun hərbi məsələlər üzrə müşaviri təyin edilib.

Qeyd edək ki, İ.Məmmədov ötən ilin sentyabr ayında DİN-in Daxili Qoşunların Ali Hərbi Məktəbinin rəisi vəzifəsindən azad edilmişdi.

Onu da qeyd edək ki, İlqar Məmmədov 7 oktyabr 1970-ci ildə Azərbaycan Respublikasının Şirvan şəhərində anadan olub. 1991—1992-ci illərdə SSRİ Silahlı Qüvvələrində zabit kimi xidmət edib.

1991-ci ildən SSRİ Silahlı Qüvvələrinin Lvov Ali Hərbi Məktəbini, 2005-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasını və 2009-cu ildə Türkiyə Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasını bitirib.

1992—2013-cü illərdə Azərbaycan Respublikası Daxili Qoşunlarında tabor komandirinin tərbiyə işlər üzrə müavini, tabor komandirinin müavini - qərargah rəisi, əlahiddə tabor komandirinin birinci müavini, alay komandirinin tərbiyə işləri üzrə köməkçisi, tabor komandiri, Tədris alayında silsilə rəisi, alay komandirinin birinci müavini – qərargah rəisi, alay komandiri, Ali Hərbi Məktəb rəisinin müavini — qərargah rəisi vəzifələrində xidmət edib.

Azərbaycan Respublikasının Prezidentinin 8 mart 2014-cü il tarixli Sərəncamı ilə general-mayor hərbi rütbəsi verilib.

Azərbaycan Respublikasının Prezidentinin 25 fevral 2014-cü il tarixli Sərəncamı ilə general-mayor Məmmədov İlqar Aydın oğlu Azərbaycan Respublikası Daxili Qoşunları Ali Hərbi Məktəbinin rəisi vəzifəsinə təyin olunub.

2023-cü ildə Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Ali Hərbi Məktəbinin rəisi general-mayor İlqar Məmmədov vəzifədən azad edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru