"Gəncə işi" üzrə təqsirləndirilən şəxslərin şikayəti təmin edilməyib

4-05-2024, 12:15           
"Gəncə işi" üzrə təqsirləndirilən şəxslərin şikayəti təmin edilməyib
Mayın 3-də Azərbaycan Respublikası Ali Məhkəmədə Gəncə Şəhər İcra Hakimiyyətinin keçmiş başçısı Elmar Vəliyevə, həmçinin, polis əməkdaşlarına sui-qəsd cəhdində ittiham olunan Yunis Səfərovun və bu cinayətə bağlı digər 11 nəfərin cinayət işi digər şəxslərin kassasiya şikayətlərinə baxılıb.

Məhkəmə şikayətləri təmin etməyib. Bu barədə, həbs edilənlərin yaxınları məlumat verib. Hakim hökmü dəyişmədən qüvvəsində saxlayıb.

Öz növbəsində, məhkəmələrin qərarına heç bir rəsmi qurum şərh vermir.

Bununla yanaşı, narazı tərəfin yuxarı məhkəmə instansiyasına, o cümlədən Avropa İnsan Haqları Məhkəməsinə şikayət etmək hüququ var.

2018-ci il iyulun 3-də Gəncədə şəhərin o zamankı icra başçısı Elmar Vəliyevə qarşı sui-qəsd törədilib. Gəncə sakini Yunis Səfərov onu və onun cangüdənini tapança ilə yaralayıb.

İyulun 10-da Gəncə administrasiyasının binası qarşısında şəhər sakinlərinin etiraz aksiyası təyin edilib. Həmin gün şəhərdə iğtişaşlar baş verib. Hadisələr zamanı iki yüksək rütbəli polis zabiti öldürülüb. Bunun ardınca dindarlar və digər şəxslər həbs edilib.

Həmin hadisələr üzrə 70 nəfərə qarşı cinayət işi qaldırılıb. Müttəhimlər 6 ildən 18 ilədək azadlıqdan məhrum edilib. 10-a yaxın adam şərti mühakimə olunub.

Yunis Səfərov və digər fiqurantların məhkəməsi 2020-ci ilin yanvarında başlayıb. Həmin il avqustun 16-da məhkəmə Səfərovu ömürlük, digər müttəhimləri isə 18-20 il müddətinə azadlıqdan məhrum edib.

Hökm Bakı Apellyasiya Məhkəməsinin qərarından sonra qanuni qüvvəyə minir.

Xatırlatma
2018-ci il iyulun 3-də Gəncədə şəhərin o zamankı icra başçısı Elmar Vəliyevə sui-qəsd törədilib. Gəncə sakini Yunis Səfərov tapança ilə onu və cangüdənini yaralayıb.

İyulun 10-da Gəncə administrasiyasının qarşısında sakinlərin etiraz aksiyası təyin edilib. Həmin gün şəhərdə iğtişaşlar törədilib. Hadisələr zamanı iki polis əməkdaşı öldürülüb. Bunun ardınca dindarların və digər şəxslərin kütləvi həbsləri baş verib.

Həmin hadisələr üzrə 70 nəfərə qarşı cinayət işi qaldırılıb. Müttəhimlər 6 ildən 18 ilədək azadlıqdan məhrum ediliblər. 10-a yaxın adam şərti olaraq mühakimə edilib.

2020-ci ilin yanvarında Yunis Səfərovun və 11 digər müttəhimin məhkəməsi başlayıb. Həmin il avqustun 16-da məhkəmə Səfərovu ömürlük, digərlərini isə 18 ildən 20 ilə qədər azadlıqdan məhrum edib.
amerikaninsesi












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.