ABŞ rəsmisi deyir ki, Rusiya qoşunları Nigerdə ABŞ hərbçilərinin yerləşdiyi bazaya daxil olub

4-05-2024, 12:08           
ABŞ rəsmisi deyir ki, Rusiya qoşunları Nigerdə ABŞ hərbçilərinin yerləşdiyi bazaya daxil olub
Rusiya hərbçiləri Nigerdə ABŞ qoşunlarının yerləşdiyi aviabazaya daxil olublar. Bu barədə ABŞ-ın yüksək rütbəli müdafiə rəsmisi "Reuters"ə bildirib.

Bu addım Niger xuntasının ABŞ hərbçilərinin ölkədən çıxarılmasına dair qərar verməsindən sonra atılıb.

Qərbi Afrika ölkəsini idarə edən hərbi liderlər ABŞ-dan minə yaxın hərbçisini ölkədən çıxarmağı tələb ediblər. Niger ötən il baş verən çevrilişə qədər minlərlə insanı öldürən, milyonları isə didərgin salan üsyançılarla mübarizədə Vaşinqtonun əsas tərəfdaşı idi.

Adının açıqlanmasını istəməyən ABŞ müdafiə rəsmisi Rusiya qüvvələrinin ABŞ əsgərləri qarşılaşmadığını və Nigerin paytaxtı Niameydəki Diori Hamani beynəlxalq hava limanının yanında yerləşən 101 saylı aviabazada ayrıca anqardan istifadə etdiyini bildirib.

Rusiya ordusunun bu addımı Ukraynadakı münaqişə səbəbilə ABŞ və Rusiya arasında hərbi və diplomatik rəqabət getdikcə daha kəskinləşdiyi bir vaxtda, iki ölkənin qoşunları bir-birinə yaxın məsafəyə qoyur.

Digər tərəfdən bu həmçinin ABŞ-ın ölkədən çıxmasından sonra oradakı hərbi obyektlərinin taleyi ilə bağlı suallar doğurur. "(Vəziyyət) xoş deyil, lakin qısa müddətdə idarə oluna bilər" deyə hərbi rəsmi bildirib.

Reuters-in xəbər verdiyi bu məsələ ilə bağlı sualı cavab olaraq ABŞ müdafiə naziri Lloyd Austin Amerika qoşunları üçün hər hansı risk və ya rus qoşunlarının ABŞ hərbi texnikasına yaxınlaşa bilmə şansının az olduğunu bildirib.

"Ruslar ayrı bir yerdədir və ABŞ qüvvələrinə və ya bizim texnikamıza çıxışı yoxdur", Austin Honoluluda keçirilən mətbuat konfransında deyib.

"Mən həmişə qoşunlarımızın təhlükəsizliyinə və qorunmasına diqqət yetirirəm... Amma hazırda mən burada qüvvələrimizin müdafiəsi baxımından əhəmiyyətli bir problem görmürəm," o deyib.

Nigeriya və Rusiyanın Vaşinqtondakı səfirlikləri şərh istəyinə dərhal cavab verməyib.

ABŞ və müttəfiqləri özlərini Qərb hökumətlərindən uzaqlaşdırmaq niyyətində olan qrupları hakimiyyətə gətirən çevrilişlərdən sonra bir sıra Afrika ölkələrindən qoşunlarını çıxarmağa məcbur olublar. Nigerdən qoşunlarını çıxarması gözlənilərn ABŞ gəmçinin son günlərdən Çadı tərk edib, Fransa qüvvələri isə Mali və Burkina-Fasondan çıxarılıb.

Eyni zamanda, Rusiya Afrika ölkələri ilə əlaqələri gücləndirməyə çalışaraq, Moskvanı qitədə heç bir müstəmləkə tarixi olmayan dost ölkə kimi təqdim edir.

Məsələn, Mali son illərdə Rusiyanın ən yaxın Afrika müttəfiqlərindən birinə çevrilib. Belə ki, orada cihadçı-üsyançılarla mübarizə aparmaq üçün "Vaqner" Qrupunun muzdlu qüvvələri yerləşdirilib.

Rusiya, Ukraynanı özünü işğalçı Rusiya qüvvələrinə qarşı müdafiə etmək üçün hərbi və maliyyə yardımı ilə təmin etdiyinə görə, ABŞ-la münasibətlərini "sıfırdan aşağı" kimi qiymətləndirib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.