“Bu, rəsmi olmayan siyahıdır, real deyil” –ABŞ səfiri anti-Azərbaycan layihəsi haqqında

4-05-2024, 10:34           
“Bu, rəsmi olmayan siyahıdır, real deyil” –ABŞ səfiri anti-Azərbaycan layihəsi haqqında
“Bu, Konqresdən gələn rəsmi olmayan siyahıdır və mən bu barədə şərh verə bilmərəm”.

Azpost.info bildirir ki, bu sözləri ABŞ-ın Azərbaycandakı səfirli Mark Libbi bir qrup konqresmenin Nümayəndələr Palatasına Azərbaycanla bağlı təqdim etdiyi sanksiya layihəsini Azadlıq Radiosuna şərh edərkən deyib.

Səfir isə deyib ki, Konqresə verilən layihənin mahiyyətini şərh etməyin mənası yoxdur: “Bəzi adlar çıxa, bəziləri əlavə oluna bilər. Bu insanların hər biri haqqında məlumatım yoxdur və bu, qəti siyahı deyil. Bu ideyadır, hələ real deyil”, –o əlavə edib.

Xatıradaq ki, konqresmen Dina Titusun başçılığı ilə hazırlanan bu qərəzli layihə ABŞ-ın erməni dairələrinin təsiri ortaya çıxıb. Layihə Azərbaycan ictimai rəyində mənfi qarşılanıb. Ölkənin ictimai-siyasi xadimləri bu cəhdi pisləyiblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru