Namizədliyi qeydə alınmayan general: "Şəbəkələşmiş saxtakar məmur-oliqarxlara qarşı..."

11-01-2020, 20:01           
Namizədliyi qeydə alınmayan general: "Şəbəkələşmiş saxtakar məmur-oliqarxlara qarşı..."
Azərbaycan Silahlı Qüvvələrinin sabiq korpus komandiri, general Qabil Məmmədov deputatlığa namizədliyinin qeydə alınmaması ilə bağlı şikayət edəcəyini açıqlayıb.

Bu barədə general öz şəxsi feysbuk səhifəsində məlumat verib:

"Dövlətimiz, gələcəyimiz qarşısında çiyinlərimə götürdüyüm bu ağır, məsuliyyətli və şərəfli missiyanı sona kimi yerinə yetirməyi özümə borc bildiyimdən, Mərkəzi Seçki Komissiyasının barəmdə qəbul etdiyi qərəzli qərarından Bakı Apelliyasiya Məhkəməsinə şikayət ərizəsi verəcək və şəbəkələşmiş saxtakar məmur-oliqarxlara qarşı mübarizəni hüquqi müstəvidə davam etdirəcəyəm. İnşallah qanunun aliliyi təmin olunar, haqq və ədalət öz yerini tutar.
Allah vətənimiz Azərbaycanı qorusun!”.

Xatırladaq ki, general Qabil Məmmədov 73 saylı Lənkəran şəhər seçki dairəsindən deputatlığa namizədliyini irəli sürmüşdü. İmza vərəqələrini DSK-na təhvil versə də, namizədliyi qeydə alınmamışdı.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru