ABŞ S-400 zenit-raket sistemilə bağlı İraqa qarşı sanksiyalar tətbiq edə bilər

15-01-2020, 08:03           
ABŞ S-400 zenit-raket sistemilə bağlı İraqa qarşı sanksiyalar tətbiq edə bilər
“İraq Rusiyadan S-400 zenit-raket kompleksi alacağı təqdirdə ABŞ-ın sanksiyaları ilə üzləşə bilər”.

APA RİA Novosti-yə istinadən xəbər verir ki, bunu ABŞ Dövlət katibinin Yaxın Şərq üzrə köməkçisinin birinci müavini Coi Hud deyib.

“Sözügedən satınalma sanksiyalar üçün bir tətik ola bilər, buna görə tərəfdaşlarımıza belə alış-veriş etməməyi məsləhət görürük”, - deyə C.Hud Vaşinqtonda Yaxın Şərq Araşdırmaları İnstitutunda baş tutan tədbirdə bildirib.

Qeyd edək ki, İraq Rusiyaya məxsus S-400 zenit-raket sistemlərinin alınmasını nəzərdən keçirir və bu barədə rəsmi Moskva ilə məsləhətləşmələrə başlayıb












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru