MSK İqbal Ağazadənin dairəsini xüsusi nəzarətə götürdü - DSK-nın qərarı ləğv olundu

15-01-2020, 17:17           
MSK İqbal Ağazadənin dairəsini xüsusi nəzarətə götürdü - DSK-nın qərarı ləğv olundu
MSK İqbal Ağazadənin dairəsini xüsusi nəzarətə götürdü
Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında 1 nəfərin deputatlığa namizədliyi qeydə alınıb.

“Report” xəbər verir ki, 35 saylı Xətai seçki dairəsindən namizədliyi qeydə alınmayan Abbasov Rauf Çərkəz oğlu MSK-ya müraciət edib.

Onun müraciəti haqqında MSK-nın katibi Arifə Muxtarova məlumat verib.

Onun sözlərinə görə, R. Abbasov müraciətində qeyd edib ki, Dairə seçki Komissiyası onun namizədliyinin qeydə alınmasından əsassız olaraq imtina edib: “Məsələni Mərkəzi Seçki Komissiyasının ekspert qrupu araşdırıb. Qərarda namizədliyin qeydə alınmasından imtina edilmənin səbəbləri göstərilməyib”.

Müzakirələrdən sonra Mərkəzi Seçki Komissiyası namizədin qeydə alınmasından imtina edilməsiylə bağlı DSK-nın qərarını ləğv edib.

MSK sədrinin müavini Rövzət Qasımov deyib ki, həmin seçki dairəsi xüsusi nəzarətə götürülsün: “Çünki ola bilər ki, həmin seçki dairəsi bizə gələcəkdə müəyyən problemlər yarada bilər”












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru