Ermənilər terrorçu qrup yerləşdirilmiş qəsəbəmizdə belə binalar tikdi…-FOTO

15-01-2020, 22:35           
Ermənilər terrorçu qrup yerləşdirilmiş qəsəbəmizdə belə binalar tikdi…-FOTO
Azərbaycan Respublikasının 28-ci ildir işğal altında qalan Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsində çoxmərtəbəli binaların tikintisini tamamlamaq üzrədir.

Teref.az xəbər verir ki, qəsəbə ərazisində tikilən yeni binaların sayı 4-dür. 2018-ci ildən tikilən binalardakı mənzillərdə əsasən işğalçı hərbçilər və çoxuşaqlı ailələr yerləşdiriləcək.

Xatırladaq ki, Qırmızı Bazar qəsəbəsi Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən 2 oktyabr 1992-ci ildə işğal edilib. Bu ərazidə başçısı Zamir əl-Qisse olan suriyalıların “Xalq Azadlıq Cəbhəsi” terrorçu qrupu yerləşdirilib(Azərbaycan tarixi. Yeddi cilddə. VII cild (1941-2002-ci illər). Bakı. “Elm”. 2008. səh. 268.).

Azərbaycan ordusunun 1992-ci il iyunun 28-də Qırmızı Bazar istiqamətində keçirdiyi genişmiqyaslı əməliyyat, təəssüf ki, uğursuzluqla nəticələnib.(Moderator.az)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru