“Neft Fondunun bütün pulunu əhaliyə paylayaq” deyənlər yalnız ölkənin süqutunu istəyən insanlardır - Nazir

9-04-2020, 10:23           
“Neft Fondunun bütün pulunu əhaliyə paylayaq” deyənlər yalnız ölkənin süqutunu istəyən insanlardır - Nazir
“Karantin müddəti o vaxt yüngülləşdirilməlidir ki, həmin gün yoluxanların sayı sağalanların sayından az olsun”.

Bu sözləri Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev REAL TV-də qonaq olan zaman deyib. Nazir bildirib ki, bu müddətin nə qədər çəkməsi vətəndaşlarımızın məsuliyyətindən asılıdır:

“Bu gün sağalanların sayı yoluxanların sayından azdır. Bu da rejimin davam etməsinin birbaşa göstəricisidir. Dövlət gücü çatan qədər vətəndaşlarını qoruyur və bu qorumağa da davam edəcək.

Bu gün populizmə inanıb “Neft Fondunun bütün pulunu əhaliyə paylayaq” deyənlər yalnız ölkənin süqutunu istəyən insanlardır. Bütün dünyada qlobal resesiya başlayıb. Artıq bu, böhrandır. Dünyada ciddi şəkildə ümumi daxili məhsulun, ticarət əlaqələrinin azalması, işsizliyin artması gözlənilir”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru