“Erməni planı” bu dəfə Rusiyada: Torpaq iddiası Kremli “sürpriz”lə üz-üzə qoyacaq
10-04-2020, 09:25

Rusiyanın cənubunun ayrılması ilə bağlı erməni planı artıq bütün hazırlıq mərhələsini keçib.
Cebhe.info xəbər verir ki, söhbət Rusiyanın ermənilərlə ən bol olan Krasnodar vilayətindən gedir. Plan artıq reallaşmaq ərəfəsindədir. Xüsusilə indi dünyanı cənginə alan pandemiya zamanında belə planların reallaşdırılması daha mümkün görünür. İndi artıq görünür ki, dünya ermənilərinin "bizim zamanımız gələcək" dedikləri nə imiş. Erməni planlarının reallaşdırılması həm də ona görə asanlaşır ki, bu gün Rusiyada bir çox açar vəzifələr məhz onların əlindədir. O ki qaldı Krasnodara, artıq de-fakto ermənilər bu ərazini Rusiyanınkı hesab etmirlər. Ermənilər onu öz aralarında “Ermənistanın şimalı” adlandırır, Soçini isə “Ermənistanın ikinci paytaxtı” sayırlar.
Rusiya mətbuatı o fakta diqqət çəkir ki, ölkənin cənubundakı erməni diasporu regionlar arasında açıq müharibə elan edib. Bu barədə yerli mətbuat da yazır:“Rusiyanın nüfuzlu erməni diasporunun nümayəndələri (alverçilərdən, topdansatış mərkəzi sahiblərindən başlayıb RT kanalının rəhbəri, Krosnodardan olan Marqarita Simonyan da daxil olmaqla) “müqəddəs iş” ətrafında birləşiblər. Onlar artıq Krasnodarla Volqoqrad arasında müharibə başladıblar. Simonyan bu prosesin piar meneceri və ruhani daşıyıcısıdır.
Görünən odur ki, hekayə uzundur. Mişustinin Baş nazirliyi dönəmində (onun erməni kökləri nəzərə alınmaqla), üstəlik də virusun yayılması ilə Rusiya regionları böyük müstəqillik əldə ediblər. Demək olar ki, hər biri ayrıca knyazlıqdır. İndi isə Rusiyanın cənubunda həm də erməni knyazlığı olacaq. Bura de-fakto ermənilərin yaşadığı Abxaziya ilə "birləşir". Daha sonra Gürcüstanın ermənilər yaşayan daha bir ərazisi-Cavaxtiya gəlir, ermənilər bura da iddialıdır, ondan sonra isə erməni xülyası olan “dənizdən-dənizə Ermənistan” başlayır.
Gürcüstandakı ağıllı adamlar bilirlər ki, Abxaziyanın ardınca ermənilər Cavaxetiyaya olan iddialarını reallaşdırmağa cəhd edəcəklər. Bunda onlara Rusiyadakı erməni diasporu yardımçı olacaq. Üstəlik də ortada Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ nümunəsi var. Ermənilər orda tədricən yerləşdilər və azərbaycanlıları ərazidən çıxartdılar. Həmin ərazini işğal etmək üçün özlərinə tarix uydurdular, indi isə əminliklə dünyaya yalan danışır, hətta özləri də bu yalana inanırlar ki, Qarabağ onların əzəli torpağıdır. Biz ona görə bu misalı çəkirik ki, rusiyalılar ölkənin cənubunda oxşar prosesin getdiyini anlasınlar",-deyə “gradator.ru” saytı yazır.
Bildirilir ki, yaxınlarda gürcü mətbuatı da bu mövzuda material yayıb: "Krasnodarın Armavir şəhərində erməni nasist Nidjeyə heykəl qoyulması da təsadüfi deyil. Məsələ ondadır ki, Abxaziya kimi Krasnodar vilayəti də iqtisadi cəhətdən tamamilə erməni diasporundan asılıdır. Etnik ermənilər burada bütün biznesə nəzarət edirlər. Xüsusilə turizm bölgəsi olan Soçi və Qara dənizin digər sahillərində biznes onlarındır. Krasnodardakı bütün məmurlar ya ermənilər tərəfindən "alınıb", ya da erməni diasporundan asılı vəziyyətdədir, yaxud erməni millətçiləri tərəfindən qorxudulur. Qalanlar da əslən ermənidir".
“Kavkazplus" nəşri hesab edir ki, Rusiyanın Şimalı Qafqazında de-fakto daha bir Ermənistan yaradılması prosesi gedir. Nəşrin yazdığına görə, bu vəziyyət koronavirus pandemiyası ilə əlaqədar regionlar arasında əlaqələrin itməsi və nəzarətin zəifləməsi fonunda daha da sürətlənir.
Putinin erməni əsilli yeni Baş naziri Mixail Mişustin regionlara faktiki olaraq müstəqillik verib. Krasnodardan olan "Facebook" istifadəçilərinin yazdıqları separatizmin hansı ölçüdə baş qaldırdığını göstərir.
"Bütün ölkədə, o cümlədən Krasnodarda "Çippolino" cizgi filmindəki kimi dövlətin demo-versiyasıdır. Şəhərdə piyada və şəxsi avomobildə hərəkət qadağandır. Xidməti və şəxsi avtomobildə hərəkətə xüsusi icazə alınmalıdır. Nə yaşlı qohumlar, nə uşaqlar, nə tibbi xidmətə ehtiyac hərəkətə əsas yarada bilər. Patrul xidməti saxlayır, hər kəsi küçədə cərimələyir. Cərimə 1500 rubldur. İşçilər icazə kağızı olmadığına görə işə gedə bilmir. İcazə kağızı almaq üçün administrasiyaya getmək, ordada 3 gün gözləmək lazımdır. İnsanların isə pul ehtiyatı yoxdur. Sonrası? Cinayətin artımı? Aclıq? Hətta hərbi zamanlarda da belə məhdudiyyətlər olmayıb”,- deyə “Facebook” istifadəçisi yazır (https://m.facebook.com/story.php?story_fbid=3300398159988631&id=100000554374906 ) .
Ancaq bütün bu məhdudiyyətlər sadə, ölməli ruslar üçündür. "Qədim erməni xalqı"nın çoxsaylı nümayəndələri isə istisnadır. Başqa bir istifadəçi yazır ki, karantin rejimi başlayandan bəri hər şey olduca hiyləgərliklə aparılıb. Belə vəziyyətdən ancaq erməni diasporunun nümayəndələri qazanclı çıxıb. Bunu hətta bölgədəki bloqerlər də hiss ediblər. "Ortheos" (https://ortheos.livejournal.com/1995286.html ) yazır: "Aşağıdakı linkdə siz sənədlərlə tanış olacaqsınız. Bu, Novorosiyskdə karantin rejimində işləmək icazəsi alan hüquq şəxslərin siyahısıdır. Siyahıya təşkilatlar və nə işlə məşğul olduqları bilinməyən minlərlə erməni-Baqramyan, Karapetyan, Şaumyan daxildir. Başqa insanlar evdən çıxa bilmədikləri halda, bütün bu erməni təşkilatları işləyir".
Aydındır ki, bloqer sözünü açıq deyə bilməsə də, işarə vurub. Hətta karantin rejimində belə Krasnodar vilayətinin rəhbərliyi erməni biznesi üçün yaşıl işıq yandırıbsa (bu təşkialatların üzvləri xüsusi icazə ilə təmin olunub), erməni kapitalının nəzarət etmədiyi digər sahələrdə vəziyyət tam fərqlidir. Buradakı erməni biznesi özünü nəzarət etmədiyi digər sahələrin tam iflasa uğramasında maraqlıdır. Ermənilər üçün əsas odur ki, onların nəzarətində olmayan hər şey məhv olsun. Ermənilər açıq-aşkar Rusiya konstitusiyasını pozur. Krasnodarda erməni biznesi üçün istisnalar həmişə var. Bu isə o deməkdir ki, Krasnodar vilayəti Rusiyada separatizm ocağı ola bilər.