"Neçə-neçə ukraynalını qətlə yetirən bir ölkə ilə niyə dostluq etməliyik, niyə?!"

12-04-2020, 00:02           
"Neçə-neçə ukraynalını qətlə yetirən bir ölkə ilə niyə dostluq etməliyik, niyə?!"
Ukrayna futbol yığmasının və "Şaxtyor" klubunun keçmiş qapıçısı Rüstəm Xocamov brifinq keçirib.

Moderator.az-ın məlumatına görə, Rüstəm Xocamov Ukraynanı Rusiya ilə dostluğa çağıran ağırçəkili güləşçi Aleksandr Usikin bəyanatına sərt reaksiya verib.

Xocamov deyib ki, o, Rusiya ilə dostlaşmaq çağırışlarını qətiyyən qəbul etmir:

“Onlarla hər hansı dialoqa, razılaşmaya getmək mümkün deyil. Biz onların kim olduğunu artıq yaxşı bilirik".

Bütün baş verənlərə görə Putini qınayan ukraynalı futbolçu Rusiya prezidentini "Volan-de-Mort" adlandırıb. Ukrayna millisinin keçmiş qapıçısı qısaca bir tarixi gəzişmə edərək Rusiya ilə düşmənçiliyin səbəblərindən söz açıb. Rüstəm deyib:

"Əgər sən bir ukraynalı kimi SSRİ-ni qatillər rejimi, qəddar dövlət sanırsansa, deməli, pis adamsan, danışa bilməzsən, çünki tərifləmirsən. O dəqiqə səni benderlərdən biri, millətçi düşmən adlandıracaqlar. Əgər cəllad Stalinin əclaf olduğunu söyləyəcəksənsə, demək, səndən patriot çıxmaz. Stalini pisləmək düşmən olmaqdır, eləmi? Budur Rusiya məntiqi. Problem də elə bundadır. Rusiya ilə dostluq etməkmi? Neçə-neçə ukraynalını qətlə yetirən bir ölkə ilə niyə dostluq etməliyik, niyə?! Bu ölkə, bu Rusiya 1917-ci ildən bəri, hətta 1990-cı ildə də Ukraynadan əl çəkməyib. O illər nə baş verdiyini yaxşı bilirik. Rusiya işğalçı dövlətdir. Xatirimdədir, 2014-cü ildə kiçik Donetskdə gəzməyə çıxmışdım. Təsadüfən yol kənarında kiminləsə telefonda danışan yaşlı qadının dediklərini eşitdim. Qarı həmsöhbətindən Putinin televiziyadakı çıxışına baxıb-baxmadığını soruşub deyirdi: "Gördünmü nə söylədi? Putin dedi ki, bizi tək buraxmayacaq. Az qaldım sevindiyimdən televizoru öpüm". Qarını eşidəndə dəhşətə gəldim. Mənim üçün maraqlıdır, görən həmin qadının həyatında yaxşılığa doğru nəsə dəyişibmi? Rusiya ilə dostluq olmayacaq!"












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.